top
Sabah U-19-un baş məşqçisi Nantla oyunda fərdi səhvlərdən buraxılan qollardan danışdı Report.az
23 oktyabr 2025, 15:05
- ↺ +

"Sabah" U-19-un baş məşqçisi "Nant"la oyunda fərdi səhvlərdən buraxılan qollardan danışdı

"Sabah" klubunun U-19 komandası Fransada "Nant"a qarşı keçirdikləri UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin ilk matçında fərdi səhvlərdən qollar buraxıb.

Bu barədə "Report"a komandanın baş məşqçisi Adino Mustedanaqiç açıqlama verib.

Mütəxəssis rəqibin böyük ənənələrə malik, köklü klub olduğunu söyləyib:

"Bu klubun əsas komandası bir müddət istədiyi səviyyədə çıxış etməsə də, akademiyası ən yaxşılardan hesab edilir. Nantda bu matça maraq böyük idi. Oyun zamanı stadion tam dolmuşdu. Belə qarşılaşmalarda uğur qazanmaq üçün bir neçə amil - komanda və fərdi səviyyədə həm psixoloji, həm taktiki cəhətdən maksimum performans göstərmək, həmçinin bir az şans əsas rol oynayır. Təəssüf ki, çox erkən - 3-cü dəqiqədə fərdi səhvdən qol buraxdıq. Növbəti 3 qolu da fərdi səhvlərdən sonra qapımızda gördük".

Baş məşqçi nəticənin pis olduğunu etiraf edib:

"İstənilən halda, nəticə həqiqətən pisdir. Amma ilk 2 qol kornerdən, növbəti 2 qol isə sadə səhvlərdən gəldi. Yalnız 5-ci qolu rəqibin taktiki hücumundan sonra buraxdıq. Bu oyunda əsas problem rəqibə təzyiq göstərə və topu xüsusilə keçid anlarında yaxşı idarə edə bilməməyimiz idi. Rəqib oyunçuların fiziki gücü bizi onlara yaxın zonada sayca üstünlük qazanmağa məcbur edirdi ki, bu da müdafiədə blokumuzun aşağı olmasına səbəb olurdu. Oyuna maksimum hazırlaşmışdıq. Ötən həftə əsas komandamızla yoldaşlıq görüşü keçirdik ki, bu da komandaya matça dair daha çox anlayış verdi. Amma qarşılaşdığımız meydan və hava şəraitini tam olaraq təkrarlamaq çətin idi. Bu matçda futbolçularımız oyun planını maksimum şəkildə yerinə yetirməyə çalışdılar. Fransalı oyunçuların yüzlərlə belə oyun təcrübəsi var. Bizim bəzi futbolçularımız üçün isə bu ilk belə təcrübə idi. Bu cür oyunlardan gələcək matçlar üçün maksimum dərs çıxarmalıyıq".

Qeyd edək ki, "Sabah" və "Nant" arasında cavab oyunu noyabrın 5-də "Bank Respublika Arena"da keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Oxşar xəbərlər