top
Sabah Timoteuş Puxaçı Transfer Etmək Üçün Holştayn Killə Danışıqlara Başladı Idman.biz
12 may 2026, 13:33
- +

"Sabah" Timoteuş Puxaçı Transfer Etmək Üçün "Holştayn Kil"lə Danışıqlara Başladı

"Sabah" çempionluqda önəmli pay sahibi olan sol cinah müdafiəçisi Timoteuş Puxaçı birdəfəlik transfer etmək istəyir.

İdman.Biz Almaniya mətbuatına istinadən xəbər verir ki, Misli Premyer Liqasında cari mövsümün qalibi bunun üçün 27 yaşlı oyunçunun müqavilə ilə məxsus olduğu "Holştayn Kil"lə danışıq aparır.

Polşa millisinin üzvünün "Sabah"la icarə müddəti 30 iyunda başa çatacaq. Növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq təmsilçimiz Puxaçın transferi üçün qarşı tərəfə 1 milyon avro ödəməlidir. Ötən il transfer qiyməti 2 milyon avro (4 milyon AZN) olan futbolçu indi 1 milyonla (2 milyon AZN) qiymətləndirilir.

Buna rəğmən, "Sabah" rəhbərliyi məbləğdə bir qədər də endirimə çalışır. Futbolçunun özü ilə hərtərəfli anlaşma əldə olunub. "Holştayn Kil"lə də ortaq məxrəcə gəlinməsi və yayda transferin reallaşması gözlənilir.

Qeyd edək ki, Timoteuş Puxaç cari mövsüm Azərbaycan Premyer Liqasında 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:48

Valentin Barko “Çelsi”yə keçdi

Futbol
Bu gün, 01:30

Lionel Messi dünya çempionatından sonra ilk rəsmi oyununa çıxıb

Qolf
Bu gün, 01:23

Donald Tramp öz qolf klubunda iki çempionluq qazandı

Futbol
Bu gün, 01:05

Yan Diomandenin “Real”a keçidi təhlükəyə düşdü

Futbol
Bu gün, 00:44

Argentinada bir dəqiqədə iki qeyri-adi qol

Digər
Bu gün, 00:06

Tofiq Musayev UFC-də parlaq qələbəsindən sonra Azərbaycana qayıdıb

Futbol
Bu gün, 00:05

"Qəbələ" Qətər klubuna qalib gəldi

Futbol
Dünən, 23:49

“Liverpul” Fikayo Tomori ilə maraqlanır

Futbol
Dünən, 23:28

Zidanın debütü ilə maraqlı oyun: Fransa-İtaliya matçı üçün biletlər satılıb

Futbol
Dünən, 23:12

Coi Verman doqquzuncu dəqiqədə qırmızı vərəqə alıb

Qarabağ FK
Dünən, 22:55

Zakaria Savonun zədəsinin ağırlığı məlum olub

Futbol
Dünən, 22:49

Buffon: Qvardiola İtaliya millisinə uğur zəmanət verməzdi

Futbol
Dünən, 22:34

Futbolçu azarkeşlə dalaşmaq üçün tribunaya çıxıb

Futbol
Dünən, 22:25

Mahir Emrelinin qolu komandasına kömək etmədi

Futbol
Dünən, 21:56

Atlanta Yunayted Romelu Lukakunu transfer etməyə çalışır

Futbol
Dünən, 21:37

PSJ iki futbolçu üçün 73 milyon avrodan çox təklif göndərdi

Futbol
Dünən, 21:22

Həsən Nəzərli Azərbaycan Premyer Liqasına qayıdışını planlayır

Güləş
Dünən, 20:57

İbrahim Həsənov U-17 dünya çempionatında gümüş medal qazandı

Qarabağ FK
Dünən, 20:31

Zakaria Savo 8 həftə mübarizəyə qayıda bilməyəcək

Futbol
Dünən, 20:15

Qəbələ "Al-Kharitiyath" klubunu yoxlama oyununda məğlub etdi

Voleybol
Dünən, 19:52

ABŞ-li voleybolçu 134 km/saatlıq superservislə Heyns diqqət çəkib

Güləş
Dünən, 19:35

İbrahim Həsənov U17 güləş çempionatında gümüş medal qazandı

Futbol
Dünən, 19:18

İran futbol millisinin hücumçusunun paylaşımları problemsi yaranıb

Futbol
Dünən, 18:59

Aaron Maluda “Bazel”də debüt etdi

Oxşar xəbərlər