"Sabah" klubu futbolçusu Rəhman Daşdəmirovla müqavilənin müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı müdafiəçi ilə yeni anlaşmanın müddəti 2 ildir.
Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan R. Daşdəmirov 2023-cü ildən komandanın uğurları üçün çalışır.