"Sabah" futbol klubunun Rusiyanın "Rubin" komandasından Umarali Rahmonaliyevin transferi üçün ödədiyi məbləğ məlub olub.
İdman.Biz realnoevremya.ru-ya istinadla xəbər verir ki, Bakı təmsilçisinin özbəkistanlı yarımmüdafiəçi üçün 400 min avro transfer haqqı ödədiyi iddia olunub.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi ilə üç illik yeni müqavilə imzalanıb.