Misli Premyer Liqasında I turdan təxirə salınmış "Sabah" - "Qarabağ" matçının başlama saatı məlum olub.
İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 18 dekabrda keçiriləcək qarşılaşma saat 19:30-da başlanacaq.
"Bank Respublika Arena"da təşkil olunacaq görüş "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.