Azərbaycan kubokunun qalibi "Sabah" UEFA Konfrans Liqası II təsnifat mərhələsinin cavab matçında çıxıb.
İdman.biz xəbər verir ki, təmsilçimiz öz meydanında "Petrokub"u qəbul edib.
Səfərdə 2:0 hesabı ilə qalib gələn "bayquşlar" doğma azarkeşlər qarşısında da inamlı çıxış ediblər. "Sabah" fasiləyə kimi cütün taleyini həll edib. Qonaq komanda futbolçularımızın ilk 45 dəqiqədə vurduqları dörd qoldan yalnız birinin əvəzini çıxa biliblər. Coy Lens Mikels het-trik edərək, qələbədə böyük pay sahibi olub.
Yekunda 6:1 hesabı ilə qalib gələn klubumuz mərhələ adlayıb.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
31 iyul
20:00. "Sabah" (Azərbaycan) - "Petrokub" (Moldova) - 4:1
Qollar: Coy Lens Mikels, 22; 28; 45. Pavol Safranko, 45+1- Stiv Solvet, 42 (avtoqol)
Baş hakim: Danilo Nikoliç (Serbiya)
"Sabah": 92. Stas Pokatilov, 80. Akim Zedadka, 40. İqor Noqeyra, 13. İvan Lepinitsa, 3. Stiv Solvet, 70. Cesse Sekidika, 10. Anatoli Nuriyev, 22. Zinədin Uld Xaled, 7. Boyan Letiç, 18. Pavol Safranko (k), 20. Coy Lens Mikels
Baş məşqçi: Valdas Dombrauskas
"Petrokub": 1. Silviu Smalenea, 23. Mixay Lupan, 90. Yon Jardan (k), 44. Cessi Cou, 66. Yon Bors, 11. Sergiu Platiça, 19. Nikolae Rotaru, 39. Teodor Lunqu, 79. Viktor Boqasius, 15. Petru Popesku, 13. Maksim Kojosaru
Baş məşqçi: Şota Maxaradze
Bakı. "Bank Respublika Arena".
İlk oyun - 2:0
Qeyd edək ki, "Sabah" növbəti mərhələdə Avropa Liqasının II təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) duelinin məğlubu ilə qarşılaşacaq.
İdman.biz