"Sabah" Namik Ələskərovla yollarını ayırıb.
Klubdan İdman.biz-ə verilən məlumata görə, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Namik 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 83 (7) oyun keçirib. Ələskərov "Sabah"da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.
İdman.biz