UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" – "Levski" (Bolqarıstan) matçına satılan biletlərin sayı açıqlanıb.
İdman.biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıda keçiriləcək cavab oyununa 6000 bilet satılıb.
"Bank Respublika Arena" baş tutacaq görüşə biletlərinin qiyməti müvafiq olaraq 2, 4, 5 manat təşkil edir. Azarkeşlər biletləri "iTicket.az"ın satış məntəqələrindən, həmçinin stadionun kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, "Sabah" – "Levski" görüşü bu gün saat 20:00-da start götürəcək. İlk görüşdə Boqlarıstan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
İdman.biz