"Sabah" Futbol Akademiyasında yeni təyinat gerçəkləşib.
Bu barədə "Report"a paytaxt təmsilçisindən məlumat verilib.
Gürcüstanlı mütəxəssis Giorgi Minaşvili akademiyamızın koordinatoru təyin edilib.
43 yaşlı mütəxəssislə 1+2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, futbol akademiyamızın əvvəlki koordinatoru Adino Mustedanaqiç hazırda "Sabah"ın əvəzedici və U-19 komandasının baş məşqçisidir.