"Sabah" bu gün yeni baş məşqçisi Valdas Dambrauskasın rəhbərliyi ilə ilk oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, matç Avstriyadakı yay toplanışı çərçivəsində baş tutacaq.
Azərbaycan kubokunun qalibi Rumıniyanın "Rapid" klubu ilə yoxlama oyununa çıxacaq.
Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Yoxlama oyunu
29 iyun
19:30. "Sabah" (Azərbaycan) – "Rapid" (Rumıniya)
Qeyd edək ki, "Sabah" 2-ci yoxlama matçını iyulun 3-də Macarıstanın "Paksi" klubuna qarşı keçirəcək.
İdman.biz