Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulavaq. Sport24.az xəbər verir ki, təmsilçimiz "Sabah" da cavab matçına çıxacaq.
Ölkə kubokunun son qalibi səfərdə "Çelye"nin qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə Sloveniya təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, iki matçın yekununa görə üstün olan tərəf 2-ci turda AEK (Kipr) – "Partizan" (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Konfrans Liqasında davam edəcək və "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.
17 iyul
Avropa Liqası
I təsnifat mərhələsinin cavab oyunu
22:00 Çelye (Sloveniya) – Sabah 3:3
Qollar: Franko Kovaçeviç, 19 (pen.), Vukliçeviç, 49, Yosifov, 108 – Coy-Lens Mikels, 10,63, 66
İlk oyun 3:2
İlk oyun - 3:2
Hakimlər: Draqomir Draqanov, Xristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov (Bolqarıstan)
"Çelye": 21. Simon Sluga, 2. Xuanxo Nieto, 3. Vuklişeviç, 6. Tutışkinas, 8. Kvesiç, 9. Kovaçeviç, 10. Şturm, 11. Milot Avdyli, 19. Zabukovnik, 20. İosifov, 23. Jan Karniçnik (k)
Ehtiyat oyunçular: 1. Leban, 12. Kolar, 4. Hrka, 5. Vodeb, 7. Jevşenak, 14. Çidi, 16. Vidoviç, 17. Kotnik, 24. Cevahiric, 44. Beyger.
"Sabah": 92. Stas Pokatilov, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 6. Abdullah Xaybullayev, 10. Anatoli Nuriyev, 13. İvan Lepinitsa, 18. Pavol Şafranko (k), 20. Coy-Lens Mikels, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 88. Xəyal Əliyev
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev (q), 89. Rauf Ayyubov (q), 2. Amin Seydiyev, 7. Bojan Letiç, 8. Ayaz Quliyev, 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 22. Zinəddin Uld Xaled, 33. Umarali Raxmonaliyev, 53. Andrey Viktor, 70. Cesse Sekidika, 99. Nyeqos Kupusoviç