top
Sabah Camalovla bağlı bəyanat yayımladı: AFFA-ya müraciət göndərmişik Sport24.az
09 aprel 2025, 23:33
- ↺ +

"Sabah" Camalovla bağlı bəyanat yayımladı: "AFFA-ya müraciət göndərmişik"

"Sabah" sabiq kapitanı, hazırda "Neftçi"də çıxış edən Elvin Camalovla bağlı açıqlama yayıb. Sport24.az xəbər verir ki, "futuristlər" komandanın çalışdırıcısı Vasili Berezutskinin son mətbuat konfransından sonra kluba bir çox müraciət daxil olduğuna görə belə açıqlama verməyi lazım bilib.

 

Mətbuat xidmətinin yaydığı açıqlamada qeyd edilir:

 

"Bu müraciətlər hazırda "Neftçi" FK-nı təmsil edən və klubumuzun keçmiş kapitanı olan Elvin Camalovun davranışı ilə bağlı vəziyyətin aydınlaşdırılmasını zəruri edir. Bununla əlaqədar olaraq, klubumuzun rəsmi mövqeyini açıqlamağı vacib hesab edirik.

 

Əlimizdə olan məlumata əsasən, Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sabah" FK ilə "Neftçi" FK arasında baş tutmuş oyun ərəfəsində Camalov komandamızın futbolçularından biri ilə iki dəfə əlaqə saxlayaraq, ona cari mövsümün sonunda "Neftçi" FK-ya keçməyi təklif edib. Bu söhbətlər zamanı o, klubunun baş məşqçisinin marağını və həmin futbolçunun oyununa verdiyi yüksək qiyməti xüsusi vurğulayıb.

 

Bu təklif futbolçumuzun diqqətini çəkməyib və o, müraciətə soyuq reaksiya verib. Buna baxmayaraq, Camalov təkrar əlaqə saxlayaraq bu təklifdə israr edib. Bu isə onun hərəkətlərinin məqsədyönlü xarakter daşıdığını açıq şəkildə göstərir.

 

Xüsusilə vurğulamaq istərdik ki, sözügedən futbolçunun "Sabah" FK ilə mövcud müqaviləsi yalnız cari yox, növbəti mövsüm üçün də qüvvədədir. Şübhəsiz ki, uzun müddət komandamızın kapitanı olmuş Elvin Camalov bu vəziyyətdən xəbərdardır. Bu fakt isə onun hərəkətlərinin qəbuledilməzliyini daha da artırır.

 

Biz bu cür davranışı peşəkar etika və futbolçuların statusu və transfer qaydalarının ciddi şəkildə pozulması kimi qiymətləndiririk. Eyni zamanda, bunu ədalətsiz rəqabət nümunəsi hesab edirik. Ən diqqətçəkən məqam isə odur ki, bu cür ünsiyyət cəhdləri məhz Azərbaycan Kubokunun yarımfinalında "Sabah" FK və "Neftçi" FK-nın qarşılaşacağı məlum olduqdan sonra baş verib. Üstəlik, sözügedən futbolçunun komandamızın əsas oyunçularından biri olmasını nəzərə alaraq, bunu idmançının diqqətini yayındırmaq və həlledici oyunlar ərəfəsində ona təzyiq göstərmək cəhdi kimi qiymətləndiririk.

 

Əgər oyunçuya maraq həqiqətən peşəkar çərçivədə olsaydı, "Neftçi" FK rəsmi şəkildə "Sabah" FK və ya futbolçunun nümayəndələri ilə əlaqə saxlayardı. Bunun əvəzinə, bu proses qeyri-rəsmi formada, keçmiş komanda yoldaşı vasitəsilə və rəsmi prosedurlar nəzərə alınmadan həyata keçirilib. Bu isə niyyətin səmimiliyi ilə bağlı ciddi şübhələr doğurur.

 

"Sabah" FK artıq Elvin Camalovun hərəkətlərini qaydaların pozulması kimi dəyərləndirərək, bu barədə AFFA-ya rəsmi müraciət ünvanlayıb. Biz Azərbaycan futbolunda bu kimi mənfi halların, o cümlədən potensial danışılmış oyunların qarşısının alınması istiqamətində AFFA-nın səylərini tam şəkildə dəstəkləyirik.

 

Bununla yanaşı, "Sabah" FK bu bəyanatdan əvvəl "Neftçi" FK rəhbərliyi ilə əlaqə saxlayıb. İki klub arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövcuddur. Ümid edirdik ki, oyunçu məsuliyyəti öz üzərinə götürərək baş verənlərə görə üzr istəyəcək və məsələ ictimai müzakirəyə çıxarılmadan həll ediləcək. Bu məqsədlə açıqlama verilməmişdən öncə kifayət qədər vaxt tanındı. Lakin cavabın olmaması səbəbindən klub, futbol ictimaiyyətində rezonans doğuran bu hadisə ilə bağlı rəsmi açıqlama verməyə məcbur oldu.

 

"Sabah" FK daim ədalətli rəqabəti, klublar arasında şəffaf münasibətləri və mövcud müqavilələrə hörmət göstərilməsini müdafiə edir. Şəffaf və dürüst rəqabət prinsiplərinə əməl etməyin bütün futbol ictimaiyyətinin ortaq məqsədi olmasına inanırıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Oxşar xəbərlər