"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası növbəti avrokubok oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, Bakı klubu Gənclər Liqasında "Bazel"lə görüşəcək.
Çempionlar yolunun 2-ci mərhələsinin cavab oyunu daha çox formal xarakter daşıyır. Səfərdə 0:6 hesabı ilə uduzan təmsilçimiz möcüzə arzusunda olsa da, bu, real görünmür.
Qeyd edək ki, qarşılaşma "ASCO Arena"da keçiriləcək.
Gənclər Liqası
Çempionlar yolu
2-ci mərhələ, cavab oyunu
6 noyabr
18:00. "Sabah" – "Bazel" (İsveçrə)
Baş hakim: Rustam Omarov (Qazaxıstan)
Bakı. "ASCO Arena"
İlk oyun – 0:6
İdman.biz