top
Sabah akademiyasının qapıçılar üzrə koordinatoru: Qələbələr uşaqlarda qalib psixologiyası formalaşdırır Report.az
16 may 2025, 15:12
- ↺ +

"Sabah" akademiyasının qapıçılar üzrə koordinatoru: "Qələbələr uşaqlarda qalib psixologiyası formalaşdırır"

"Sabah" Futbol Akademiyasının qapıçılar üzrə koordinatoru Xəyal Zeynalov klubun U-10 komandasının Rusiyada təşkil olunan "East Cup Kazan" beynəlxalq turnirindəki iştirakını dəyərləndirib.

Mütəxəssis "Report"a açıqlamasında bu cür beynəlxalq yarışların uşaqlar üçün əvəzsiz rol oynadığını vurğulayıb.

O, futbolçuların təcrübə qazanmasının vacibliyini qeyd edib:

"Bu yaşda hansısa ciddi səviyyə fərqindən danışmaq çətindir. Əsas olan uşaqların beynəxalq oyun təcrübəsi qazanması, belə ab-havaya uyğunlaşmasıdır. Bu cür turnirlər uşaqlar üçün əvəzsiz rol oynayır. Çünki başqa ölkələrdən gələn həmyaşıdları ilə ünsiyyətdə olurlar və dünyagörüşləri formalaşır. Həmçinin qələbələr uşaqlarda qalib pisxologiyası formalaşdırır. Yəni bu cür turnirlər təkcə yaşıl meydanlarda yox, ondan kənarda da uşaqlara çox şey qazandırır".

Klub rəsmisi indiyə qədər keçirdikləri 4 matçın üçündə qələbə qazandıqlarını söyləyib:

"Turnirə mayın 14-də start verilib. Artıq qrup mərhələsi bitib. Komandamız Tacikistan, Qırğızısıtan, Qazaxıstan və Rusiya təmsilçiləri ilə bir qrupda yer almışdı. Keçirdiyimiz 4 oyunun 3-də qalib gəldik, yalnız Rusiyanın "Nefteximik" komandasına bərabər mübarizə şəraitində keçən oyunda uduzduq. Buna rəğmən, qrup mərhələsini birinci sırada başa vurduq. Turnirin reqlamentinə əsasən, qrup qalibləri həlledici oyuna vəsiqə qazanır. Sabah digər qrupun lideri "Rubin"lə finalda oynayacağıq".

X.Zeynalov yaxın gələcəkdə başqa turnirlərin də nəzərdə tutulduğunu bildirib:

"Sabah" Futbol Akademiyası mütəmadi olaraq beynəlxalq turnirlərdə iştirak edir. Bir neçə həftə öncə U-13 və U-15 komandalarımız Antlayada keçirilən beynəlxalq turnirə qatılmışdı. Yaxın gələcəkdə başqa yarışlarda da iştirak nəzərdə tutulur".

Qeyd edək ki, "Sabah" qrupda Tacikistanın "Babilon" (2:1), Qırğızıstanın "Abdış-Ata" (9:1) və Qazaxıstanın "Elimay" (6:0) komandalarına qalib gəlib, Rusiya təmsilçisi "Nefteximik"ə məğlub olub - 1:2.

Qrup mərhələsini ilk pillədə tamamlayan Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi kollektiv sabah finalda Rusiyanın "Rubin" komandası ilə üz-üzə gələcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Oxşar xəbərlər