İsveç milli komandasının forvardı Viktor Qyökereş Millətlər Liqasının C1 qrupunun 6-cı turunda Azərbaycan üzərində qazandıqları qələbəni (6:0) şərh edib. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, millimizin qapısına 4 dəfə yol tapan forvard təəssüratlarını bölüşüb:
"Bu, olduqca sadədir. Qol vurmaq həmişə xoşdur. Təbii ki, bundan həzz alırsınız. Amma oyun çoxdur və eyni ruhda davam etməliyik. Hər şey çox yaxşı getsə də, artıq baş verənlərlə yaşamamağa çalışıram. Millətlər Liqasının bombardiri oldum? Bunu qazanmaq həmişə xoşdur".
Qeyd edək ki, Qyökereş millimizlə matçda 26, 37, 58 və 70-ci dəqiqədə adını tabloya yazdırıb.