Millinin və "Neftçi"nin qapıçısı Rza Cəfərovun çempionatın ikinci yarısını hansı klubda keçirəcəyi müəyyənləşib. Sport24.az-a daxil olan builgiyə əsasən gənc qolkiper "Qəbələ"nin formasını geyinəcək.
İki klub arasında əldə olunan razılığa əsasən, Rza 2026-cı ilin yayınadək icarə əsasında "qırmızı- qaralar"ın formasını geyinəcək.
Qeyd edək ki, Cəfərov cari mövsümdə "ağ-qaraların" heyətində rəsmi qarşılaşmalarda heç bir matça çıxmayıb. Qokiperin "Neftçi" ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.