Azərbaycan millisinin və "Neftçi"nin qapıçısı Rza Cəfərovun Rumıniyanın "Dinamo" klubuna transferinin tamamlanmasına bir addım qalıb. Sport24.az xəbər verir ki, bu barədə Rumıniyanın GSP nəşri məlumat yayıb.
Buraxest təmsilçisinin 22 yaşlı qolkiperi heyətinə qatmağa yaxın olduğu bildirilib.
Qeyd edək ki, "Neftçi"nin sabiq məşqçisi Mihai Nabadan oyunçunu komandada görmək istəyir. O, hazırda "Dinamo"da məşqçi kimi fəaliyyət göstərir. Mihai Nabadan daha əvvəl "Neftçi"də baş məşqçi işləmiş Adrian Mutunun köməkçisi idi. Qapıçılarla çalışan mütəxəssis 2023-cü ilin iyulundan ilin sonunadək "ağ-qaralar"da çalışıb.