top
Rza Çalımbay: Qarabağın Avropa uğurları hər birimizi qürurlandırır, Çempionlar Liqasında xal ala bilər Idman.biz
19 noyabr 2025, 18:03
- ↺ +

Rza Çalımbay: "Qarabağ"ın Avropa uğurları hər birimizi qürurlandırır, Çempionlar Liqasında xal ala bilər"

"Qarabağ" o zaman da güclü heyətə malik idi. Bildiyiniz kimi, həmin il dünyada COVID-19 pandemiyası yayılmışdı".

Bunu türkiyəli tanınmış mütəxəssis, vaxtilə "Beşiktaş"da baş məşqçi işləmiş Rza Çalımbayın AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Uzun illərdir "Qarabağ" komandası Azərbaycanı Avropada uğurla təmsil edir. Ağdam klubu haqqında fikirləriniz maraqlı olardı...

- "Qarabağ"ın Avropada əldə etdiyi nəticələr hər birimizi qürurlandırır. Qurban Qurbanovun komandası ildən-ilə inkişaf edir. Azərbaycan təmsilçisinin Çempionlar Liqasındakı matçlarını izləyirəm. Heyətində çox yaxşı oyunçular var. Sevindirici haldır ki, legionerlərlə yanaşı, yerlilər də özlərini yaxşı tərəfdən göstərirlər.

- "Sivasspor"un baş məşqçisi olduğunuz dönəmdə, daha dəqiq desək, 2020-ci ildə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a rəqib olmusunuz. Həmin matçları necə xatırlayırsınız?

- "Qarabağ" o zaman da güclü heyətə malik idi. Bildiyiniz kimi, həmin il dünyada COVID-19 pandemiyası yayılmışdı. Bu, futbola da mənfi təsir etmişdi. Buna baxmayaraq, həmin görüşləri yaddaşımda xoş xatirə kimi saxlayıram.

- "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu İtaliyada "Napoli"yə qarşı keçirəcək. Şansları necə qiymətləndirirsiniz?

- "Napoli" dünya futbolunda adından söz etdirən komandadır. İtaliyada önəmli nüfuza sahibdir. "Qarabağ" "Çelsi" ilə oyunda sərgilədiyi performansı Neapoldakı matçda da göstərsə, rəqibindən xal ala bilər. Çətin olacaq, lakin futbolda mümkünsüz heç nə yoxdur. "Qarabağ" bunu dəfələrlə sübut edib. Bu komandanı Azərbaycanda çox sevirlər. Elə biz də sevirik.

- Maraqlıdır, indiyədək Azərbaycan klublarından təklif almısınız?

- Xeyr, heç bir təklif olmayıb. Mənə görə, Azərbaycan və Türkiyə futbol baxımından da bir-birindən faydalanmalıdır. Məsələn, bizdən Azərbaycana, sizdən isə Türkiyəyə məşqçi və futbolçular getməlidir. Bu hal hər iki ölkənin futboluna müsbət təsir edəcək. Azərbaycan da bizim vətənimizdir. Amma görürəm ki, bəzi hallarda yığmaya əcnəbi mütəxəssislər cəlb olunur.

- Azərbaycan futbolunun hazırkı potensialı barədə nə düşünürsünüz?

- Sizdə hər zaman yaxşı futbolçular olub. İndi yerli çempionatda yaxşı komandalar və yerli məşqçilər var. Biz o vaxt "Sivasspor" klubunda müəyyən plan cızdıq və bunun nəticəsində Avropa Liqasına vəsiqə qazandıq. Bunu Azərbaycan komandaları da edə bilərlər. Çünki potensial var.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 09:40

Gürcüstanda keçiriləcək dünya MMA çempionatına Azərbaycan yeddi döyüşçüsü qatılacaq

Digər
Bu gün, 09:35

Bakıda Qələbə qaçışı keçiriləcək – topladığı vəsait YAŞAT fonduna verəcək

Futbol
Bu gün, 09:32

Şamaxı, Neftçi ilə 13 oyunluq qələbəsizliyə son qoymağa hazırdır

Futbol
Bu gün, 09:30

Markus Kreşe, Milan klubunun idman direktoru təyin edildi

Güləş
Bu gün, 09:24

Dörd azərbaycanlı sərbəst güləşçi bu gün Astanada bürünc medal üçün xalçaya çıxır

Qarabağ FK
Bu gün, 09:15

Azərbaycan U-21 Milli futbolçusu Lorenzo Mezzotero “Sampdoriya”da ilk qolunu vurdu

Futbol
Bu gün, 09:08

Marotta Prezident seçkiləri haqqında yanlış məlumatlara cavab verir

Digər
Bu gün, 09:01

Fərman Həsənov UFC-də ilk məğlubiyyətini yaşadı

Futbol
Bu gün, 09:00

Kepez, 10-cu turda İmişliyi qonaq edir

Digər
Bu gün, 08:40

Ballon d'Or mərc skandalı: Bukmeker izi və polis araşdırması

Qarabağ FK
Bu gün, 08:20

"Neftçi Şamaxıda qalib gələrsə, liderliyə yüksələ bilər"

Futbol
Bu gün, 08:03

Roma Endricki transferə yenidən baxır, Real Madrid çıxışı istəmir

Futbol
Bu gün, 08:00

Yuventusun yeni baş məşqçisi üçün üç əsas namizəd

Futbol
Bu gün, 07:09

İnter, Milan qarşısında məğlubiyyətlərlə səkkiz oyuna çatdı

Futbol
Bu gün, 06:13

Barcelona baş məşqçisi Hans-Dieter Flik 100-cü qələbəsini qazandı, Luis Enrikenin rekordunu keçə bilmədi

Futbol
Bu gün, 05:18

Harri Keyn ilk 13 oyunda ötən mövsümün asist göstəricisini keçdi

Futbol
Bu gün, 04:13

PSJ yeni üçüncü formasını Roma qarşılaşmasında nümayiş etdirə bilər

Futbol
Bu gün, 03:21

De Dzerbi Kristal Palas qalibiyyətindən sonra məmnunluğunu, amma daha çox qol vura biləcək ehtiyacı vurğuladı

Futbol
Bu gün, 01:58

Trua 2:0 Le-Manı məğlub etdi

Futbol
Bu gün, 01:38

“Real Madrid” futbolçusunun evinə “El Clasico” zamanı 350 min avrodan artıq dəyərində oğurluq

Digər
Bu gün, 01:20

Bakı noyabrın 23‑29‑da qreppling, pankration və həvəskar MMA dünya çempionatlarına ev sahibliyi edəcək

Futbol
Bu gün, 00:43

Bukovina ilə Livıy Bereq arasındakı matç hava hücumu təhlükəsi səbəbindən dayandırıldı

Futbol
Bu gün, 00:38

Cəlal qol vurdu, “Petrolul” evdə xal qazandı

Güləş
Bu gün, 00:26

Arseniy Djioyev: “Ümid edirəm ki, Azərbaycan bayrağı birinci yerdə olacaq”

Oxşar xəbərlər