"Beşiktaş"ın sabiq baş məşqçisi Rza Çalımbay Azərbaycan yığması haqqında qalmaqallı açıqlama verib. Sport24.az xəbər verir ki, mütəxəssis Azərbaycan millisində türkiyəli məşqçilərə şans verilməməsindən narazılıq edib.
O, Azərbaycan millisinin türk komandası sayılmasına rəğmən, milli komandaya "Beşiktaş"ın qovduğu Fernandu Santuşun gətirilməsini qınayıb. Rza Çalımbay açıqlmasında "Türkiyədə xeyli məşqçi var. Adamlar gedib milli komandaya "Beşiktaş"ın qovduğu Fernandu Santuşu gətirdilər. O qədər yaxın olmağımıza baxmayaraq, adamlar türkü gətirmirlər" sözlərini söyləyib.
Qeyd edək ki, Fernandu Santuşun millimizə baş məşqçi təyinatından əvvəl, bu vəzifəni icra edəcək adlar arasında məhz Rza Çalımbayın adıda hallanırdı.