top
Ryonosuke Ohori: Kubokdakı qol inamımı bərpa etdi, Kəpəz Premyer Liqada qalacaq - Müsahibə Idman.biz
17 dekabr 2025, 14:44
- ↺ +

Ryonosuke Ohori: Kubokdakı qol inamımı bərpa etdi, "Kəpəz" Premyer Liqada qalacaq - Müsahibə

"Kubokdakı qol özümə olan inamımı bərpa etməyə kömək etdi. Mən işləməyə davam etmək və nəticə göstərmək istəyirəm".

Bunu Misli Premyer Liqasında 15 turdan sonra 9 xalla 10-cu pillədə qərarlaşan "Kəpəz" klubunun yaponiyalı futbolçusu Ryonosuke Ohori AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Komandanızın Misli Premyer Liqasının 15- ci turunda "Qəbələ" üzərində qazandığı vacib qələbəni (1:0) necə şərh edərdiniz?

– Bu, çox önəmli qarşılaşma idi. Bilirdik ki, mütləq qələbə qazanmalıyıq. Bunu bacardığımıza görə şadam.

– Qarşılaşmada yeganə qolun müəllifi məhz siz oldunuz. Üstəlik, qol kifayət qədər baxımlı alındı. Bir neçə müdafiəçini keçib dəqiq zərbə ilə fərqləndiniz. Açığı, bir anlıq elə təəssürat yarandı ki, qolu vuran siz yox, Lionel Messidir...

– Son oyunlarda tez-tez driblinqlə müdafiəçiləri keçməyə çalışıram. Sevinirəm ki, "Qəbələ" ilə matçda bu cəhdim yaxşı nəticəyə gətirib çıxardı.

– Son matçlarda özünüzü yaxşı tərəfdən göstərə bilirsiniz. Öncə ölkə kubokunda, sonra isə çempionatda komandanız üçün vacib qollara imza atdınız. Şəxsi performansınızı necə qiymətləndirirsiniz?

– Kubokdakı qol özümə olan inamımı bərpa etməyə kömək etdi. Mən işləməyə davam etmək və nəticə göstərmək istəyirəm.

– Müqavilə ilə "Neftçi"yə məxsussunuz və "Kəpəz"də icarə əsasında çıxış edirsiniz. Bakı klubundakı uğursuz çıxışdan sonra "Kəpəz"də özünüzdən belə oyun gözləyirdiniz? Ümumiyyətlə, "Neftçi"də işləriniz niyə istədiyiniz kimi alınmadı?

– "Neftçi"də olarkən ayağımdan zədə almışdım və bu, mənə uzun müddət problem yaratdı. Bu səbəbdən istədiyim səviyyədə çıxış edə bilmədim.

– Bildiyiniz kimi, Yuri Vernidub "Neftçi"nin yeni baş məşqçisi təyin olunub. Ukraynalı mütəxəssis qış fasiləsində sizi yenidən komandada görmək istəsə, cavabınız nə olar?

– Hazırda buna fikir vermirəm. İndi diqqətimi yalnız meydanda maksimumumu göstərməyə yönəltmişəm.

– "Kəpəz" yavaş-yavaş turnir cədvəlində təhlükəli zonadan uzaqlaşır. Necə düşünürsünüz, bu mövsüm Premyer Liqada qalmaq mümkün olacaq?

– Əminəm ki, qalacağıq. Bunun üçün isə turnir cədvəlində daha yuxarı pillələrə qalxmalıyıq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 09:18

Binev taekvondo federasiyasının prezidenti Sofiyada güllələnib

Güləş
Bu gün, 09:11

Azizli və Süleymanov dünya çempionatında qızıl medal üçün final görüşlərinə çıxacaqlar

Futbol
Bu gün, 09:07

Ronaldo və Messi'nin 13 Qızıl Topu: Mükafatlar və Müzakere

Qarabağ FK
Bu gün, 09:00

Mərdəkanda Sabah – Qarabağ qarşılaşmasında kim üstünlük qazanacaq?

Futbol
Bu gün, 08:40

Chelsea və Liverpoolun 18 yaşlı müdafiəçi Daniele Bançakıya marağı

Futbol
Bu gün, 08:20

Pələnglər Şirlərə qarşı Misli Premier Liqası 9-cu turunda

Futbol
Bu gün, 08:06

Jordi Alba, Hans‑Dieter Fleckin rəhbərliyi altında Barcelona’da gördüyü ən təsirli dəyişiklikləri açıqladı

Futbol
Bu gün, 08:00

"Bernli" baş məşqçisi Niki Hayen klub ilə yollarını ayırdı

Futbol
Bu gün, 07:09

Arteta Everton qələbəsindən sonra Konsa, Magalhaes və Ben White-ı xüsusi təriflədi

Futbol
Bu gün, 06:13

Barcelona Diomandeni, Real Madrid isə Adeyemini imtina etdi

Futbol
Bu gün, 05:14

Fermin Lopes El‑Klasikoda uşaqlıq arzusu ilə çıxış etdiyini söylədi

Futbol
Bu gün, 03:10

FIFA prezidenti Canni İnfantino, İlham Əliyevlə görüşdə futbolun körpülər qurduğunu və dostluqlar yaratdığını qeyd etdi

Digər
Bu gün, 03:02

Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası sona çatdı: Volkanovski böyük çempion kimi qalxdı

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Futbol
Bu gün, 01:41

De Zerbi: Tottenhamun 2-0 qalibiyyəti psixoloji irəliləyişimizlə bağlıdır

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:38

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Oxşar xəbərlər