Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Ruy Vitoriya və onun köməkçiləri istefaya göndərilib.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Panatinaikos" onun rəhbərliyi altında cari mövsümdə keçirdiyi iki matçda 1 xal toplayıb.
Qeyd edək ki, 55 yaşlı portuqaliyalı mütəxəssis 2024-ci ilin oktyabrından komandaya rəhbərlik edirdi. O, 2022-2024-cü illərdə Misir millisini çalışdırıb.
"Panatinaikos" klubu Yunanıstan futbolu Futbol Baş məşqçi istefa