"İki turdu səfərdə oynasaq da, məğlub olmuruq. Amma bu heç də o demək deyil ki, komandamdan tam razıyam". Bu sözləri Sport24.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.
Gənc mütəxəssis qol vurma bilməməkləri və digər çatışmazlıqlar barədə də danışıb: "Öncədən demişdim ki, çempionata tam hazır deyilik və problemlərimiz də görünəcək. Hücumda effetəktli deyilik. Buna rəğmən, futbolçularım meydanda sonadək mübarizə aparırlar. Məhz bunun sayəsində ilk 2 turda xal qazanmağı bacarmışıq. İstədəyim "Zaqatala"nı görmək üçün vaxta və oyun təcrübəsinə ehtiyacımız var".
Məmmədov "Cəbrayıl" ilə oyunda hakimə etiraz etməsinə və sarı vərəqə almasına da toxunub: "Ümumi götürəndə hakimlikdən narazı deyilik. Referi matçı yaxşı idarə etdi. Sadəcə, bəzən olur ki, emosiyalarımızı saxlaya bilmirik. Düşünürəm ki, bu da futbolun bir hissəsidir və hər bir baş məşqçi istəsə də, istəməsə də karyerasında belə halla üzləşir".
Qeyd edək ki, I Liqanın 2-ci turunda "Zaqatala" səfərdə "Cəbrayıl" ilə qolsuz heç-heçə edib.
ABDULLA İSMAYILOĞLU