Azərbaycan millisinin və "Zirə" klubunun futbolçusu Rüstəm Əhmədzadənin zədəsi ciddidir.
İdman.biz xəbər verir ki, bu barədə "Report"a Bakı təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
23 yaşlı hücumçu ötən gün "Qarabağ"a uduzduqları Misli Premyer Liqasının XIII turunun matçında sıradan çıxıb. Qarşılaşmanın ikinci hissəsində əzələsini dartan forvard 77-ci dəqiqədə Hacıağa Hacılı ilə əvəzlənib.
Onun nə vaxt yaşıl meydanlara qayıdacağı tibbi yoxlanışdan sonra bəlli olacaq.
Qeyd edək ki, Rüstəm Əhmədzadə Azərbaycan yığmasına dəvət alsa da, heyətdən çıxarılıb. Onun yerinə komandaya "Qarabağ"dan Musa Qurbanlı cəlb olunub.
İdman.biz