top
Rüstəm Əhmədzadənin Sumqayıta keçidi, motivasiyası və Qarabağ təcrübəsi haqqında müsahibəsi Idman.biz
08 avqust 2025, 02:10
- ↺ +

Rüstəm Əhmədzadənin "Sumqayıt"a keçidi, motivasiyası və "Qarabağ" təcrübəsi haqqında müsahibəsi

"Qarabağ"dan ayrılaraq "Sumqayıt"la 2+1 illik müqavilə imzalayan Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin Teleqraf-a müsahibəsi

- Yeni komandada uyğunlaşma və hazırlıq prosesi necə gedir?

- Bəli, adaptasiya prosesi tez gedir. Hər şey xoşuma gəlir, toplanış əla keçir.

- "Sumqayıt"a keçməyə təsir edən əsas amil nə oldu: Digər təkliflər sizi qane etmədi, yoxsa başqa amil rol oynadı?

- Düzü, başqa təkliflərim də var idi. Amma mən "Sumqayıt"ı seçdim. Klub prezidenti Riad Rəfiyev və baş məşqçi Saşa İliçlə görüşdüm. Yaxşı söhbət etdik, gördük ki, maraqlarımız üst-üstə düşür. Ona görə bu komandada olduğum üçün çox şadam.

- Daha əvvəl "Zirə" və "Qarabağ"la avrokuboklarda çıxış etmisiniz. İndi yalnız Premyer Liqada mübarizə aparacaqsınız. Bu, sizi motivasiya edəcəkmi?

- Əvvəllər istədiyim və göstərə biləcəyim oyunu tam sərgiləyə bilmirdim. Buna görə də məndə motivasiya çoxdur. Futbolçu kimi performansımı tam açmaq, bununla da komandama daha çox kömək etmək istəyirəm.

- "Sumqayıt"ın yeni mövsümdə hədəfləri nədir?

- Məqsəd avrokubok zonasına düşməkdir. Bu uğur uğrunda çalışacaq, yüksək yerlər uğrunda rəqabət böyük olsa da, bunun üçün əlimizdən gələni edəcəyik.

- Fiziki formanızı və mövsümə hazırlığınızı necə qiymətləndirirsiniz?

- Şəxsi məqsədlərim ən yaxşı formama çatmaq, sabit çıxış etmək və yaxşı, stabil nəticələr göstərməkdir. Əvvəl də dediyim kimi, maksimum dərəcədə performansımı açmaq istəyirəm. Formamı yaxşı hesab edirəm. Çünki həm "Qarabağ", həm də "Sumqayıt"la təlim-məşq toplanışı keçmişəm. Amma daim inkişaf etmək üçün hədəf olmalıdır.

- Sabiq komandanız "Zirə" Konfrans Liqasında mübarizəni erkən dayandırdı. "Hayduk"la oyunlara baxdınızmı, təəssüratlarınız necədir?

- Əlbəttə, izlədim. Burada çox şey deməyə ehtiyac yoxdur. "Hayduk" yüksək səviyyəli komandadır, onları keçmək asan deyildi. Üstəlik, "Zirə"nin çoxsaylı zədəli futbolçusu var idi. Düşünürəm ki, bu da vacib amildir. Amma belə hallar olur. Avrokuboklarda mübarizə aparmağı hamı sevir, çünki orada böyük rəqabət var. Bu dəfə sadəcə, bəxt gətirmədi. Yalnız uğurlar arzulaya bilərəm. "Zirə" böyük potensiala sahib yaxşı komandadır.

- "Qarabağ"la da Avstriyada toplanışda iştirak etmisiniz. Bu toplanış sizə təcrübə baxımından nə verdi?

- Bəli, necə deyərlər, bu da təcrübə "xəzinə"sinə yazılır (gülür - red.).

- Ağdam təmsilçisinin əvvəlcə "Şkendiya"nı, daha sonra isə "Ludoqorets" – "Ferentsvaroş" cütünün qalibini keçərək Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağına inanırsınızmı?

- Bəli, inanıram ki, "Qarabağ" bu il Çempionlar Liqasının qrupunda olacaq. Qurban Qurbanovun komandasına bütün rəqibləri keçib hədəflərinə çatmaları üçün dəstək olacağam.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 23:16

“Mançester Yunayted” Çempionlar Liqasında tarixi antirekorda imza atıb

Digər
Bu gün, 22:55

İnfantinodan Bakıdakı tarixi dünya çempionatı ilə bağlı dünyaya mesaj

Digər
Bu gün, 22:25

"Yuventus" argentinalı müdafiəçini transfer etmək istəyir

Digər
Bu gün, 22:21

Şimali Koreyalı futbolçu dünya çempionatlarında 10 illik rekordu qırdı

Digər
Bu gün, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Bu gün, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Bu gün, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Bu gün, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Bu gün, 21:46

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

Digər
Bu gün, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Digər
Bu gün, 21:34

İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir

Digər
Bu gün, 21:24

Azərbaycanlı alpinist: “İllərdir yerimizdə sayırıq” - faciələr, xilasetmə əməliyyatları və dağ idmanının problemləri

Voleybol
Bu gün, 21:17

Xorvatiyada “Turan”ın qalibiyyəti şərh edildi: “Evdə daha yaxşı oynayacağıq”

Futbol
Bu gün, 21:11

Zirə dörd futbolçusunu itirəcək – Sumqayıta qarşılaşma buraxılacaq

Futbol
Bu gün, 21:05

Filip İvanoviç: "Sabah"ın uğurları təsadüfi deyil, illər boyu qurulan sistem nəticəsidir

Voleybol
Bu gün, 20:56

Azərbaycan və Gürcüstan voleybol federasiyaları Tovuzda əməkdaşlığın genişləndirilməsini müzakirə etdilər

Futbol
Bu gün, 20:51

Puxaç: Borussia oyunu sonrası boşluq hissi, “Sabah”ın heç-heçə edə biləcəyi

Digər
Bu gün, 20:27

Trent sabiq klubuna qayıda bilər

Digər
Bu gün, 20:24

“Şəki” 5:0 hesablı məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırdı

Digər
Bu gün, 20:17

Toni Kroos tarixin ən yaxşı beş yarımmüdafiəçisini seçdi

Futbol
Bu gün, 20:04

Barselona futbolçusu Dani Olmo zədəsini təsdiq etdi – El Klasiqoda iştirak etməyəcək

Futbol
Bu gün, 19:58

Bavariya kapitanı, atasının vəfatından dolayı Arsenal matçı buraxacaq

Futbol
Bu gün, 19:51

Gürcüstan futbolunun tanınmış məşqçisi Giorgi Nemsadze 54 yaşında vəfat edib

Digər
Bu gün, 19:36

Kurtua “Qızıl top” uğrunda mübarizədə Mbappeni Yamaldan üstün tutdu

Oxşar xəbərlər