top
Ruslar “Zirə”nin qələbə üçün oynayacağına şübhə etmir İdman.biz
08 avqust 2024, 17:21
- ↺ +

Ruslar “Zirə”nin qələbə üçün oynayacağına şübhə etmir

"Zirə" bu gün Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində səfərdə Xorvatiyanın "Osiyek" komandası ilə qarşılaşacaq.

İdman.biz Rusiyanın soccer365.ru saytının oyuna baxışını təqdim edir.

Xorvatların qeyri-sabitliyindən bəhs edən portal bir tərəfdən Konfrans Liqasında Estoniyanın "Levadiya" komandası ilə iki matçda altı qol vurmaqla inamlı startı, digər tərəfdən çempionatda səviyyəcə geri qalan və yalnız bu mövsüm elitaya yüksələn "Şibenik"ə uduzmağını (1: 2) qeyd edir.

Heyətdə nəzərəçarpacaq yenilik olması qeyd edilir: "Bir çox futbolçu komandanı azad agent kimi tərk etdi. Eyni zamanda meydan sahiblərinin yalnız bir əhəmiyyətli itkisi var - mərkəz müdafiəçisi Slavko Braliç. O, əsas ifaçı idi, amma əvəzlənmə ilə bağlı heç bir problem yoxdur - indi Andre Duarte və Luka Yeleniç bu mövqeni tuta bilərlər. Bundan əlavə, digər xətlər perspektivli oyunçular, o cümlədən ön xətt AZ-dan gətirilən Rikunio Kevalla gücləndirilib. Bununla belə, Federiko Koppitelli hələ də yeni gələnləri ehtiyatlı oynadır, onlara uyğunlaşmaq imkanı verir".

Ötən mövsüm müxtəlif turnirlərdə iyirmi qol vurmuş, "Levadiya" ilə ilk oyunda het-trik etmiş, lakin digər son görüşlərdə qol vuqa bilməmiş argentinalı bombardir Ramon Myeres fərqləndirilir: "Amma rəqibin qapısında yaradılan təhlükəli vəziyyətlərə görə Myeres hələ də ən yaxşılar sırasındadır."

soccer365.ru qeyd edir ki, "Zirə" bu yay çox xoş təsir bağışlayır və bu mövsüm "Şerif"ə Avropa Liqasında yeganə məğlubiyyəti qırmızı vərəqə ilə izah edir: "O vaxtdan Rəşad Sadıqovun komandası belə səhvlərə yol vermir - ümumilikdə 10:2 hesabı ilə müxtəlif turnirlərdə ardıcıl üç qələbə qazanıb".

Komandamızda mövsümə inamla başlayan Davit Volkov fərqləndirilir: "Demək olar ki, hər ikinci oyunda qol vurur. Əvvəlcə "DAK 1904"lə oyunda dubl edib, son matçda isə çempionatda "Səbail"i üç dəfə məyus edib".

Sayt "Zirə"nin səfərdəki uğurlu oyunundan bəhs edir: "Ümumilikdə, "qartallar" səfərdə kifayət qədər yaxşı çıxış edirlər, çünki müxtəlif səviyyəli son 9 qarşılaşmada yalnız bir məğlubiyyətlə üzləşiblər – Azərbaycan kubokunun finalında "Qarabağ"dan. Üstəlik, bu görüş qonaqların 1 qoldan çox buraxdığı yeganə oyun olub - onlar hələ də müdafiədə çox inamlı görünürlər. Ona görə də cümə axşamı "Zirə"nin qələbə üçün oynayacağına şübhə yoxdur".

Saytın matç üçün proqnozu 2:1 ev sahiblərinin xeyrinədir: "Bu qarşıdurmanı tam bərabər adlandırmaq olmaz, lakin komandaların imkanlarındakı fərq heç də kritik deyil. "Osiyek" rahatca III təsnifat mərhələsinə yüksəlib, lakin komandanı təkcə "Levadiya" ilə matçlara görə qiymətləndirməyə dəyməz. Ümumiyyətlə, Xorvatiya klubunun mövsümün əvvəlində bəzi epizodlarda konsentrasiyanı itirilməsi və müdafiə ilə bağlı kifayət qədər problemləri var. Eyni zamanda, "mavi-ağlar"ın güclü mövqedən çıxış edəcəyi də göz qabağındadır, çünki onlar öz meydanlarında rahat üstünlük əldə etməlidirlər. Ev sahiblərində qol imkanları yaratmaq və reallaşdırmaq üçün oyunçular var. Ancaq bu, heç də o demək deyil ki, "Zirə" sadəcə olaraq qələbəni rəqibə verəcək. "Qartallar" mövsümün əvvəlində çox yaxşı çıxış edirlər, yalnız bir minimal məğlubiyyət aldılar. Onlar öz yarılarında yaxşı qapanmağı bacarırlar, lakin hücumda da aktivlik çoxdur. Ona görə də bizi hər iki istiqamətdə qolları olan və favorit üçün aşkar üstünlüyü olmayan parlaq oyun gözləyir".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

Qalatasaray, Ştutqartın 40 milyon avroluq oyunçusu Bilal El Xannusuna maraq göstərir

Futbol
Bu gün, 08:20

Frankfurt Alman klubu Arno Kalimuendo üçün Nottingem Forest-dan transferi nəzərdən keçirir

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Oxşar xəbərlər