top
Ruslar Azərbaycan yığmasından qələbə gözləyir - 2:0 İdman.biz
11 oktyabr 2024, 19:23
- ↺ +

Ruslar Azərbaycan yığmasından qələbə gözləyir - 2:0

Tallində Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun oyununda C Liqasının 1-ci qrupunun iki turdan sonra bir xal belə toplaya bilməyən iki autsayderi - Estoniya və Azərbaycan yığmaları üz-üzə gələcək.

İdman.biz Rusiyanın soccer365.ru saytının komandamızın iştirakı ilə keçiriləcək oyunla bağlı məqaləsini təqdim edir.

Məqalə müəllifi bildirib ki, estonlar Millətlər Liqasına proqnozlaşdırılan iki məğlubiyyətlə başlayıblar: "İlk turda Karl Heynin qəhrəmancasına seyvləri ilə çıxılmaz mübarizədən sonra yenə də Slovakiyaya 0:1 hesabı ilə məğlub olan Yurgen Hennin komandası ikinci turda əsas favorit İsveç millisi ilə görüşdə heç nə edə bilməyib. D Liqasından yüksəldikdən sonra Estoniya komandasının ümidləri böyük idi, lakin daha güclü rəqiblərə qarşı oyunlarda olduqca aciz görünür".

Qeyd olunur ki, Azərbaycan və İsveçlə matçlarda Yurgen Henn əsas hücumçusu Rauno Sappinensiz qalıb: "Tallin "Flora"sınn hücumçusu xəstəlik səbəbindən milliyə qoşula bilməyib. Eyni zamanda, Sappinenin "Flora"dakı tərəf müqabili, hücumçu Mark Anders Lepik də zədə səbəbindən Estoniya millisinə kömək edə bilməyəcək. Ancaq Estoniya millisinin tarixində ən gənc debütantı – "Payde"də əla mövsüm keçirən 16 yaşlı yarımmüdafiəçi Patrik Kristalı yenidən meydanda və bəlkə də start heyətində görməyə ümid etmək olar".

Müəllif estonların daha yüksək səviyyəli komandalara qarşı hücumda uğursuz çıxışına diqqət çəkir: "Estoniya millisinin hücumu onun ən problemli yeridir. Rəsmi turnirlərdə keçirdiyi son səkkiz oyunda Estoniya komandası cəmi bir qol vura bilib. D Liqasında, Malta və San Marino ilə qrupda Estoniya komandası dörd oyunda on qol vurdu, lakin daha güclü rəqiblərə qarşı oyunçuların artıq səviyyəsi çatmır və komandanın məhsuldarlığı kəskin şəkildə azalıb. Baltika kuboku və yoldaşlıq oyunlarında estoniyalı hücumçular kifayət qədər uğurlu olsalar da, Avropa çempionatı seçmələrində cəmi iki dəfə fərqləniblər və bu qollardan biri Azərbaycan millisinin qapısına vurulub".

Santuşun rəhbərliyi altında Azərbaycan millisindən nəticələrin yaxşılaşması gözlənilir: "Azərbaycan da Estoniya kimi ilk iki görüşdə qrup favoritləri İsveç və Slovakiyaya uduzub. Bununla belə, komandanın yeni baş məşqçisi Fernando Santuş, yaxşı nəticələr olmasa da, millinin oyununu təkmilləşdirə və onu yeni səviyyəyə qaldıra biləcəyinə inanır. Bu sözləri əsassız adlandırmaq olmaz - onun rəhbərliyi altında bir çox aspektlərdə Azərbaycan yığması həqiqətən də inkişaf edib, lakin gələcək nəticələr üçün portuqaliyalı mütəxəssisə vaxt lazımdır və bəlkə də Estoniyaya qarşı onun komandası daha bütöv görünəcək".

Komandamızda baş verən dəyişikliklər belə təsvir olunub: "Fernando Santuş komandasının əsas heyətini artıq təqribən müəyyən edib və Estoniya və Slovakiya ilə oyunlara əvvəlki matçlarda olduğu kimi əksər oyunçuları çağırıb. Onlar yalnız hazırda formada olmayan qapıçı İmanov və müdafiəçi Seydiyevin, eləcə də iki zədəli futbolçunun - "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadənin və "Sabah"ın yarımmüdafiəçisi Elvin Camalovun çağırışından imtina ediblər. Üstəlik, Nəriman Axundzadə gənclərdən ibarət komandaya keçib ki, "Qarabağ"ın gənc hücumçusunun daha çox oyun vaxtı əldə etmək şansı olacaq".

Santuş və De Byazi arasındakı fərqə diqqət yetirilib: "Azərbaycan millisinin futbolçuları öz klublarında müntəzəm oynayırlar - bu, De Byazidən fərqli olaraq, ilk növbədə futbolçunun formasına baxan Santuşun tələblərindən biridir. Təlim-məşq toplanışı başlamazdan əvvəl keçirilən son matçlarda bütün futbolçular özlərini pis göstərmədilər. Ancaq əsas problemlərdən biri məhsuldarlıqdır. Milliyə çağırılan 23 futbolçudan yalnız ikisi bu həftəsonu qol vurub - Ramil Şeydayev və Elvin Cəfərquliyev".

Müəllifin fikrincə, Azərbaycan millisinin qalib gəlmək şansı daha yüksəkdir: "Estoniya və Azərbaycan yığmaları 1-ci qrupun iki autsayderidir və üz-üzə görüşlərdə C Liqasında kimin qeydiyyatını saxlaya biləcəyini müəyyənləşdirəcəklər. Hələlik Azərbaycan millisinin daha çox şansı var - Fernando Santosun rəhbərliyi altında komanda daha inamlı görünür və o, ilk iki görüşdə uduzsa da, oyununda xeyli irəliləyiş var". Milliesin bütün oyunçuları yaxşı formadadır və yeganə problem xətti ardıcıl qol vura bilməyən hücumlardır.

Bununla belə, Estoniya millisinin hücumu daha acınacaqlı vəziyyətdədir: daha ciddi səviyyədə, ümumiyyətlə, qol vurmağı dayandırıblar və ümumiyyətlə, San Marino və Maltadan daha yüksək səviyyəli rəqiblər onların dişinə heç batmır".

Matça proqnoz: 0:2

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Bu gün, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Bu gün, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Bu gün, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Bu gün, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Bu gün, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Bu gün, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Bu gün, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Bu gün, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Bu gün, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Bu gün, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Bu gün, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Bu gün, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Bu gün, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Bu gün, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Bu gün, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Bu gün, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Bu gün, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Bu gün, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Bu gün, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Bu gün, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Bu gün, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Bu gün, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Bu gün, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Oxşar xəbərlər