top
Ruslan Qurbanov: Neftçi nəticə göstərmirsə, Samir Abasovu göndərməyin vaxtı idi Idman.biz
26 noyabr 2025, 13:30
- ↺ +

Ruslan Qurbanov: "Neftçi" nəticə göstərmirsə, Samir Abasovu göndərməyin vaxtı idi

"Samir Abasova kifayət qədər şans verildi. Sıfırdan komanda qurmaq imkanı verildi, ona büdcə ayrıldı, amma o, rəhbərliyin gözləntilərini doğrultmadı".

Bunu "Neftçi"nin sabiq forvardı Ruslan Qurbanov sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- "Neftçi" hazırda turnir cədvəlində 8-ci pillədədədir. Mövsümün əvvəlində əksər futbolçular göndərildi və yeni, daha yüksək ödənişli oyunçular cəlb edildi. Amma komanda hələ də iddiasını ortaya qoya bilmədi. Samir Abasov da göndərildi postundan. Bu haqda nə deyəcəksiniz?

- Bu qədər büdcə və bu qədər oyunçu seçimi ilə komandanın gözlənildiyi kimi çıxış etməməsinə özüm də təəccüblənirəm. Son turda da "İmişli"yə 2:3 uduzdular. "İmişli"nin büdcəsi "Neftçi"nin büdcəsindən hardasa 5-10 dəfə azdır, amma onlar qazandılar.

- "İmişli" Premyer Liqada debütüdür. "Neftçi" onlarla iki görüşdən cəmi 1 xalla ayrıldı. Bu da Abasovun gedişinə səbəb oldu...

- Demək ki, Samir Abasovu göndərməyin vaxtı idi. Komanda nəticə göstərə bilmir. Azarkeşlər "Neftçi"ni hər zaman avrokuboklarda, hər zaman qalib gələn komanda kimi görmək istəyir. Lakin bunun əvəzində, sadəcə sözlər və hansısa bəhanələr var idi.

- Samir Abasov uğursuzluqları qəbul etmədiyi üçün klub rəhbərliyi onunla müqaviləyə birtərəfli xitam verdi. Sizcə, Abasov özü getməli idi?

- Samir Abasova kifayət qədər şans verildi. Sıfırdan komanda qurmaq imkanı verildi, ona büdcə ayrıldı, amma o, rəhbərliyin gözləntilərini doğrultmadı. "Neftçi" uğursuzluğa uzun müddət dözmür. Klubun hər şeyi var, amma nəticə yoxdur. "Neftçi"yə yeni baş məşqçi ilə uğurlar arzulayıram.

- Bundan sonra "Neftçi"nin vəziyyətinin düzələcəyini düşünürsünüz? Yəni bu heyətlə fərqli baş məşqçi uğur əldə edə bilər?

- Əsas odur ki, "Neftçi"nin yeni baş məşqçisi "komandanı mən yığmamışam", "zamana ehtiyacım var" deməsin. Düşünürəm ki, yeni məşqçi ilə komanda həmişə daha yaxşı çıxış edir. Hər kəs öz dəyərini sübut edəcək və rəqabət olacaq ki, bu da inkişafa səbəb olacaq. Ümid edirəm ki, "Neftçi" avrokuboklara vəsiqə qazanacaq.

- Yuriy Vernidub və Abdullah Avcının adı hallanır. Sizcə, "Neftçi" üçün hansı profil məşqçi daha uğurlu olardı?

- Məşqçi kimi heç birini tanımıram. Məşqçi kim nə olursa-olsun, "Neftçi"yə uğurlar və böyük qələbələr arzulayıram. "Neftçi" həmişə flaqman olub və belə də qalacaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Futbol
Bu gün, 07:16

Barcelona, PSG və İngiltərə nəhəngləri Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəqabət aparır

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Oxşar xəbərlər