top
Ruslan Əmircanov: Hansısa nəticələr əldə edəndə bu qədər şişmirdik Sport24.az
04 yanvar 2025, 13:20
- +

Ruslan Əmircanov: "Hansısa nəticələr əldə edəndə bu qədər şişmirdik"

Azərbaycan millisinin sabiq futbolçusu, hazırda "Araz-Naxçıvan"ın aşağı yaş qrupunda çalışanRuslan Əmircanov İdman.biz-ə müsahibə verib. Sport24.az həmin müsahibəni təqdim edir.

 

- 2024-cü il yadınızda necə qaldı?
- Yaxşı il oldu. Şəxsi həyatımda hər şey qaydasındadır. Məşqçilik karyeramda da yeniliklər oldu. Ötən mövsüm "Araz-Naxçıvan"ın U-19 komandasına baş məşqçi təyin olundum. Klub mənim məşqçi kimi potensialımı görür və özüm də bunu hiss edirəm. Məni məşqçilik kateqoriyasına yönəldiblər, bütün xərclər də klub tərəfindən ödənilir. Məqsəd budur ki, aşağı yaş qruplarında məşqçilik təcrübəsi yığıb, əsas komandaya hazırlaşım. Rəhbərlik sağ olsun ki, mənə etimad göstərir.

 

- Komandadakı futbolçularla necə yola gedirsiniz?
- Mən elə adamam ki, mənimlə yola getməmək mümkün deyil. Şirin dilimlə ilanı da yuvasından çıxararam. Məşqçiliyə gəldikdə isə deyim ki, hər futbolçu ilə öz dilində danışmağı bacarmalısan. Çünki hər kəsin fərqli psixologiyasi var. Məşqçi gərək idmançılarla düzgün ünsiyyət qurmağı bacarsın. Məsələn, elə uşaq var ki, küsəyəndir, gərək ona sözü ehtiyatla deyəsən. Eləsi də var ki, onunla daha ciddi davranmaq lazımdır.

 

- Deməli, bundan sonra karyeranızı yalnız məşqçilik istiqamətində davam etdirəcəksiniz?
- Əlbəttə. Hər halda futboldan sonra gedib deputat, prokuror işləməyəcəm. Əgər futbolla məşğul olmuşamsa, deməli, məşqçi olacam.

 

- Niyə ki biznesmen olanlarınız da az deyil.
- Ola bilər ki, kimsə futbol oynayan vaxt yaxşı pullar qazanıb, özünə biznes qurub. İndi də məşqçi işləmir. Bu onun alın təri ilə qazandığı puldur. Ancaq sizə bir şey deyim, mümkün deyil ki, nə vaxtsa futbol oynayan insan birdəfəlik futboldan imtina etsin. Neçə nəfər tanıyıram ki, futboldan sonra restoran açıb, şirkət qurub ancaq ürəyi hələ də futbolla döyünür. Çoxu futbolu bitirəndən sonra məşqçiliyin dadını hiss etmək istəyir. Dilə gətirməsələr də, bu belədir. Mən də qarşıma məqsəd qoymuşam ki, gələcəkdə hansısa bir premyer liqa komandasında baş məşqçi işləyim.

 

- Premyer Liqadan söz düşmüşkən, Azərbaycan çempionatı haqqında nə düşünürsünüz?
- Builki çempionat oyunları mənim çox xoşuma gəldi. Çünki indi gözlənilməyən hadisələr baş verir. Əvvəllər "Turan-Tovuz" nisbətən aşağı səviyyədə çıxış edirdisə, Kurban Berdiyev gəldikdən sonra komanda ilk "üçlük"də yer alır. "Araz-Naxçıvan" çempionat başlayandan bəri "Qarabağ"ı çempionluq uğrunda addımbaaddım izləyir. Yaxud çempionat başlayanda çoxları "Kəpəz"dən əlini üzmüşdü, ancaq komanda başqa cür oyun göstərdi. Bir sözlə, bu il çempionatımızda gərginlik artıb.

 

- Bəs millimizin ötənilki çıxışını necə dəyərləndirərdiniz?
- Kor-kor, gör-gör düşüşdəyik. Başqa millilərlə müqayisə edəndə, yaxud da ötən ilki oyunlara baxanda fərq aydın şəkildə görünür. Bəxtsizlikdənmi deyim, yaxud da nəsil dəyişikliyindənmi deyim, bu il istədiyimiz nəticəni görmürük. Üstəlik, məşqçinin biri gedir, biri gəlir. Hər məşqçi bir taktika ilə oynatmaq istəyir. Nəticə üçün zaman lazımdır. Fernandu Santuş hələ təzə gəlib, ancaq ondan dərhal nəticə istəyirlər. Gələn kimi deyirlər ki, dağıdaq, sökək. Dünya çempionatına, Avropa çempionatına düşək. Bu da düzgün deyil. Ona da müəyyən bir vaxt lazımdır ki, adaptasiya olsun, uşaqları tanısın, çempionatı izləsin, milliyə kimi çağıracağını bilsin.

 

- Toral Bayramov "Futbol+" qəzetinin keçirdiyi ənənəvi sorğunun nəticələrinə əsasən, Azərbaycanda 2024-cü ilin ən yaxşı futbolçusu seçildi. İkinci yerdə isə Elvin Cəfərquliyev qərarlaşdı. Siz bu seçim haqqında nə düşünürsünüz?
- Həm Elvin, həm də Toral yaxşı futbolçudur. Əgər Toralı ictimaiyyət seçibsə, yəqin ki, bu, boşuna deyil. Elvin də əjdaha kimi futbol oynayır, meydanda canfəşanlıq edir. Dalaşır, güləşir, sarı alır, qırmızı alır, ancaq əlindən gələni edir. Onun çox mübariz xarakteri var. Futbolu da Toraldan geri qalmır. Ümumiyyətlə, mən Cəfərquliyevi Toraldan ayırmıram. İstənilən halda, Toral pis seçim deyil. Hər iki futbolçu yaxşı mövsüm keçiriblər.

 

- Veteran futbolçularımızın bəziləri indiki futbolçuların tənqidə dözümsüz olduğunu deyirlər. Siz bu fikirlə razısınızmı?
- Ümumi futbol ictimaiyyəti hansısa futbolçu haqqında nəsə danışırsa, deməli, bunun səbəbi var. Mən indi durub Toralı necə tənqid edim ki? Oyundan-oyuna inkişafı göz qabağındadır. Əlindən gələni edir ki, yaxşıların içərisində olsun və komandaya xeyir versin. Əgər məşqçi, yaxud da köhnə futbolçulardan kimsə bu gün oynayan hansısa idmançıya nəsə irad bildirirsə, deməli, istəyib deyir. Çünki futbolçunun istedadı yoxdursa, o adam haqqında ümumiyyətlə danışılmır. İndiki cavanlar arasında elə futbolçular var ki, yaxşı səviyyədə stabil çıxış edir. Eləsi də var ki, bir az oynayıb, şan-şöhrət qazanandan sonra ulduz xəstəliyinə tutulur. İctimaiyyətlə, jurnalistlərlə elə davranır ki, heç Kriştiano Ronaldo özünü belə aparmır. Bu da köhnələrə pis gəlir ki, biz də on il, on beş il bundan qabaq oynayanda, hansısa nəticələr əldə edəndə bu qədər şişmirdik.

 

- Sizin aranızda ulduz xəstəliyinə tutulan olmurdu ki?
- Şəxsən mən milli komanda səviyyəsinə kimi gəlmişəm, ancaq heç vaxt özümü ulduz kimi aparmamışam. Dostum Kamran Ağayevdə, Maksim Medvedevdə də belə şey olmayıb. Yaxud da həmin dövrdə Vaqif Cavadov millidə neçə qol vurdu, legioner həyatı yaşadı, ancaq biz onun nə ulduz xəstəliyinə tutulduğunu gördük, nə də özünü göylə aparıb, saymazlıq etdiyini.
Belə baxanda indiki cavanlar neyniyir ki? Klub səviyyəsində oynaya bilirlər, ancaq milli səviyyəsinə gələndə eyni oyunu görmürük. Bəs yaxşı həmin ulduzlar niyə o etdiklərini millidə edə bilmir? Çünki orada sən legionerlərlə oynayırsan. Yanında oynayan legioner səndən iki-üç baş güclüdürsə, zəif futbolçu olsan belə onlarla bir dəstədə, geri qalmırsan.

 

- Kamran Ağayevin adını qeyd edəndə dediyiniz meyxanaları xatırladım.
- Meyxana elə sənətdir ki, onu deməyi hər adam bacarmır. Mən Mingəçevirdə rus bölməsində oxumuşam. Kamran isə Şabran rayonunda Azərbaycan bölməsində təhsil alıb. İyirmi beş il öncə Kamranla tanış olanda onun meyxanaya marağı lap çox idi. Millidə oynayan dövrdə biz bir otaqda qalırdıq, yadımdadır, onda da maraqlı meyxanalara qulaq asırdı, tez-tez köhnə meyxanaçıların video-kasetlerini gətirirdi. Bir sözlə, Kamran meyxanalarla başımı xarab eləmişdi. Bir gün soruşdum ki, bunu necə deyirlər? O da texnikanı mənə başa saldı. Əgər belə bir istedadım varsa, mən niyə də bunu gizlətməliyəm? Təəssüf ki, ictimaiyyətdə belə bir fikir formalaşmışdı ki, biz futbol oynamaq əvəzinə ancaq meyxana deyirdik. "Getsinlər meyxanalarını desinlər", "Ona görə, Azərbaycanda futbol yoxdur" kimi sözlər eşidirdik. Biri demirdi ki, bu adamlar futbolda ad qazanıblar, milli komanda səviyyəsinə kimi gəlib çatıblar. Üstəlik, bu cür də istedadları var. Yaxşı mənada heç kim, heç nə demir, ancaq pis tərəfə yozurlar. Söhbət əsasən də, divan ekspertlərindən gedir. Halbuki futboldan başları da çıxmır. Meydançaya çıxıb 10 dəqiqə qaçsa, dili "avçarka" dili kimi çıxar bayıra. Ancaq telefon əlində rəy yazır ki, oynaya bilmirlər. Bir sözlə, hələ o vaxtdan Kamranla mənim meyxanaya görə başımız ağrıyıb.

 

- Bu dostluq hələ də davam edirmi?
- Bəli. Ölənədək bu dostluq davam edəcək. Onu ilk dəfə tanıyanda özümə dedim ki, bu elə bizim adamdır. Mənimki bununla yaxşı tutacaq. Azərbaycanda hələ Kamrandan güclü qapıçı görməmişəm. Ola bilər köhnələrdən kimsə olsun, ancaq mən oynadığım və sonrakı dövrdə Kamran bir nömrə olub. O, həm də dostluğa layiq adamdır. Olur ki, on gün danışmırıq. Ancaq sonra bir-birimizə zəng edəndə demirik ki, bu qədər müddətdir hardasan? Kamran öz virusunu mənə elə salıb ki, bu dostluğun nə vaxtsa bitəcəyini təsəvvür eləmirəm.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:30

Zaur Hacı-Məhərrəmov UEFA Çempionlar Liqası oyununa təyin edilib

Futbol
Bu gün, 17:25

Şahin Diniyev Misli Premyer Liqasının komandalarını qruplaşdırdı: "İmişli" və "Turan Tovuz" təəccübləndirdi

Voleybol
Bu gün, 17:20

VI İslam Həmrəyliyi Oyunları: Qadın həndbol yığmamız Qazaxıstana məğlub oldu

Basketbol
Bu gün, 17:17

Azərbaycan U-13 Basketbol Millisi Ankara Təlim-Məşq Toplanışında: 5 Qələbə!

Futbol
Bu gün, 17:13

Nigeriya millisinin baş məşqçisi rəqibin cadusu ilə bağlı gülünc iddia irəli sürüb

Futbol
Bu gün, 17:00

Ağasəlim Mircavadovdan Fransa oyunu və klubların məşqçiləri ilə bağlı fikirlər

Boks
Bu gün, 16:58

Rövşən Hüseynov: Sərxan Əliyev və Səidcəmşid Cəfərov dünya çempionu olmağa qadirdirlər

Voleybol
Bu gün, 16:46

Azərbaycan qadın həndbol millisi İslam Həmrəyliyi Oyunlarında Qazaxıstana uduzub

Futbol
Bu gün, 16:40

DÇ-2027: Qadınlardan ibarət Azərbaycan millisinin seçmə oyunlarının təqvimi açıqlanıb

Futbol
Bu gün, 16:34

Azərbaycan millisinin sabiq hücumçusu: Futbolçular Fransa ilə matçda daha cəsarətli oynamalı idilər

Futbol
Bu gün, 16:22

Mahir Şükürov: AFFA camaatı aldadır, inkişaf yoxdur

Futbol
Bu gün, 16:20

"Qarabağ" "Napoli" oyunu öncəsi azarkeşlərinə müraciət etdi

Futbol
Bu gün, 16:12

Opta-nın 2025/26 Premyer Liqa Mövsümü Proqnozu: Klublar Nə Qədər Xal Toplayacaq?

Futbol
Bu gün, 16:10

Türkiyədə Futbol Meydanı Döyüş Arenasına Çevrildi: 24 Qırmızı Vərəqə Göstərildi

Güləş
Bu gün, 16:00

Azərbaycanlı Güləş Hakimləri Beynəlxalq Arenada Uğur Qazandılar

Futbol
Bu gün, 16:00

Qəribə Zəmanənin Paradoksları

Futbol
Bu gün, 15:58

Əfran İsmayılov: Ayxan Abbasovla yola davam edilməlidir, gec də olsa düzgün qərar verildi

Futbol
Bu gün, 15:43

Azərbaycan millisinin DÇ-2026 seçmə mərhələsindəki uğursuz çıxışı - İDMAN.BİZ-in STATİSTİKASI

Futbol
Bu gün, 15:40

U-15 millimizin UEFA İnkişaf Turniri üçün heyəti və oyun təqvimi açıqlanıb

Boks
Bu gün, 15:37

Eltac Qafarov İslam Oyunlarında yarımfinalda məğlub oldu, bürünc medal uğrunda mübarizə aparacaq

Digər
Bu gün, 15:31

Bakıda Parabadminton üzrə Dünya Badminton Federasiyasının Texniki Seminarı Başlayıb

Futbol
Bu gün, 15:22

"Qarabağ" "Napoli" ilə oyun öncəsi azarkeşləri üçün bilet satışı ilə bağlı müraciət edib

Futbol
Bu gün, 15:20

Sərxan Ağayev Azərbaycan II Liqasında oktyabr ayının ən yaxşı qoluna görə mükafatlandırılıb

Futbol
Bu gün, 15:13

Renat Dadaşov Fransa matçında Azərbaycan millisinin ən yaxşı oyunçusu oldu

Oxşar xəbərlər