top
Rusiyada “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı postsovet məkanı üçün nümunə adlandırılıb Idman.biz
18 dekabr 2025, 11:43
- ↺ +

Rusiyada “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı postsovet məkanı üçün nümunə adlandırılıb

Rusiyanın idman mətbuatında futbol üzrə Çempionlar Liqasının cari mövsümündə "Qarabağ"ın çıxışına həsr olunan material dərc edilib.

İdman.Biz xəbər verir ki, "Sovetskiy sport" qəzetində dərc olunan məqalədə müəllif Azərbaycan çempionunun uğurlu çıxışının səbəblərini ətraflı təhlil edib və onu postsovet məkanını təmsil edən komandalar arasında turnirin əsas fenomeni adlandırıb.

"Mövcud vəziyyətə görə Azərbaycan çempionu postsovet məkanının ən güclü komandasıdır. "Ayaks"dan doğma meydanda alınan ağrılı məğlubiyyətə (2:4) baxmayaraq, "Qarabağ" artıq "Benfika", "Kopenhagen" və "Çelsi" ilə oyunlarda yeddi xal toplayıb ki, bu da pley-off mərhələsinə yüksəlmək üçün ciddi ümidlər yaradır", – deyə materialda bildirilir.

Məqalədə Ağdam təmsilçisinin baş məşqçisinə və uzun illər ərzində formalaşmış komanda fəlsəfəsinə xüsusi diqqət yetirilib.

"Qarabağ"ın uğurunun ilk və yəqin ki, əsas amili Qurban Qurbanovun 18 il ərzində yaratdığı dəqiq qurulmuş oyun sistemidir. Komanda rəqibin statusundan və titullarından asılı olmayaraq, öz futbolunu oynamağa çalışır", – deyə müəllif vurğulayır.

Həmçinin qeyd olunur ki, "Qarabağ" Avropa nəhənglərinə qarşı matçlarda belə cəsarətli futboldan imtina etmir.

"Xüsusilə onu qeyd etmək lazımdır ki, oyunu nəzarətdə saxlamağı bacaran "Çelsi" ilə qarşılaşmada Qurbanovun komandası bütün matç boyu bir dəfə də olsun qapısı önündə qapanmayıb. Topa sahib olduqda "Qarabağ" 4-3-3 sxemi ilə düzülür, topsuz oyunda isə Avropanın aparıcı klubları qədər çevik fəaliyyət göstərir", – deyə "Sovetskiy sport" yazır.

Məqalədə komandanın liderləri və heyətin yaş balansı da ayrıca önə çəkilir ki, bu da klubun stabil nəticələr göstərməsinə imkan verir.

"Qarabağ"ın futbolu sözün əsl mənasında komanda oyunudur və burada hər bir detal dəqiqliklə işləyir. İdeal yaş balansı Ağdam klubu üçün cari mövsümü pik nöqtəyə çevirir", – deyə nəşrdə qeyd olunur.

Materialda Azərbaycanın futbol infrastrukturu da diqqətdən kənarda qalmayıb.

"Avrokuboklarda "Qarabağ" rəqiblərini 30 min tamaşaçı tutumuna malik Tofiq Bəhramovun adına olan stadionunda qəbul edir. Sovet hakimi Tofiq Bəhramovun adını daşıyan arena müasir infrastruktura malikdir və Azərbaycan futbolunun simvollarından biri hesab olunur. Ümumiyyətlə, "müasir" sözü Bakının bir çox obyektlərinə aid edilə bilər. Azərbaycan paytaxtı sürətlə inkişaf edir və futboldakı sıçrayış Cənubu Qafqazın əsas şəhərlərindən birinin iqtisadi uğurları ilə harmonik şəkildə uzlaşır", – deyə müəllif bildirir.

Yazının sonunda jurnalistlər Azərbaycan və Rusiya futbolu arasında paralellər aparıblar.

"Azərbaycan və Rusiya çempionlarını ("Krasnodar" - red.) birləşdirən əsas cəhət onların sistemli yanaşmasıdır. Onların idman uğurlarının təməlində möhkəm baza, infrastruktur və azarkeş dəstəyi dayanır. Hər iki klub əldə olunanlarla kifayətlənmək niyyətində deyil. Məhz buna görə də onlar gələcəyə nikbin baxırlar", – deyə nəşr yekunlaşdırır.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Barcelona Diomandeni, Real Madrid isə Adeyemini imtina etdi

Futbol
Bu gün, 05:14

Fermin Lopes El‑Klasikoda uşaqlıq arzusu ilə çıxış etdiyini söylədi

Futbol
Bu gün, 03:10

FIFA prezidenti Canni İnfantino, İlham Əliyevlə görüşdə futbolun körpülər qurduğunu və dostluqlar yaratdığını qeyd etdi

Digər
Bu gün, 03:02

Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası sona çatdı: Volkanovski böyük çempion kimi qalxdı

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Futbol
Bu gün, 01:41

De Zerbi: Tottenhamun 2-0 qalibiyyəti psixoloji irəliləyişimizlə bağlıdır

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:38

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:55

Totenhem 2-0 ilə Çelsini məğlub etdi

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Oxşar xəbərlər