top
Rusiya saytı: “Qarabağ”ın vəziyyəti yaxşılaşdırmaq üçün hələ şans var” İdman.biz
24 oktyabr 2024, 13:55
- +

Rusiya saytı: “Qarabağ”ın vəziyyəti yaxşılaşdırmaq üçün hələ şans var”

Avropa Liqasının 3-cü turu çərçivəsində bu gün Bakıda "Qarabağ" və "Ayaks" üz-üzə gələcək.

İdman.biz Rusiyanın soccer365.ru saytının matçla bağlı yazısını təqdim edir.

Sayt qeyd edir ki, çempionatda inamlı liderlik fonunda "Qarabağ" avrokuboklarda gözlənilmədən zəif oynayır: "Qarabağ" Azərbaycan Premyer Liqasında inamla liderdir və ötən həftənin sonunda "Kəpəz"i 5:0 hesabı ilə məğlub etsə də, Avropa Liqasında hələ də uğursuz çıxış edir.. İlk iki raundda "Köhlən atlar" iki məğlubiyyət alıb və sondan üçüncü yeri tuturlar. Vəziyyəti yaxşılaşdırmaq üçün hələ şans var, amma təbii ki, "Tottenhem"dən aşağı səviyyədə olsa da, heç də zəif olmayan daha rəqiblərlə oyunlarda xal qazanmaq lazımdır".

Müəllif Ağdam klubundakı problemlərdən danışır: "Malmö" ilə oyunda olduğu kimi, "Ayaks"la oyunda da Qurban Qurbanov birdən iki sağ cinah müdafiəçisinə arxalana bilməyəcək - Marko Vesoviç və Mateus Silva hələ də zədələrini sağaldırlar ki, bu da müdafiədə istənilən mövqeyi tutmağa qadir olan hərtərəfli Abas Hüseynovun xidmətinə bir daha müraciət etməyə məcbur edir. Ancaq Qurbanovla bərabər mətbuat konfransında iştirak edən mərkəz yarımmüdafiəçisi Marko Yankoviçlə bağlı vəziyyət ürəkaçan görünür ki, çoxları bunu onun Amsterdamla oyunda starta hazır olması kimi qəbul edir.

Qapıdakı mövqe diqqətdən yayınmayıb: "Köhlən atların" qapıçı mövqeyi hələ də çoxlu suallar yaradır. Qurbanov qapıdakı yeri Buntiçə həvalə etsə də, onun çıxışını tam stabil və inamlı adlandırmaq olmaz - bu, xüsusilə Avropa Liqası oyunlarında özünü göstərir. Qurbanovun "Tottenhem"lə matçda sınadığı Koxalski də inamlı oyunu ilə seçilməyib. Bəziləri təcrübəli Məhəmmədəliyevin sıraya qayıtmasını gözləsə də, dəfələrlə avrokubok oyunlarında "Qarabağ"a kömək edən qolkiper zədədən sonra hələ də formasını bərpa edə bilməyib. Pley-offa çıxmaq şansları hələ də olduğu halda, komandaya hazırda qapıda sabit oyun lazımdır".

"Ayaks"ın çətin qarşılaşmalarda qələbələri qeyd edilir: "Erediviziyanın son turunun "Herakles"lə oyununda "Ayaks" çətinliklə də olsa, qələbə qazana bildi – bu, cari mövsümdə Amsterdam komandasını kifayət qədər yaxşı xarakterizə edir. Francesko Fariolinin rəhbərlik etdiyi komanda, hətta uğursuz başlayan oyunlarda belə, matçları qələbəyə gətirir. Uğursuz son mövsümdə bu çatışmırdı. Başlanğıcdakı uğursuzluq, əlbəttə ki, "Ayaks"ın çempionluq şansını əhəmiyyətli dərəcədə azaldıb, lakin Avropa Liqasında iki turdan sonra dörd xalla çox rahat vəziyyətdədirlər".

Baasın yoxluğu ilə bağlı problemdən də bəhs edilir: "Praqa "Slaviya"sı ilə matçda Yuri Baasın aldığı iki sarı vərəqə əsas mərkəz müdafiəçisinin "Qarabağ"la oyunda iştirakı bahasına başa gəldi. Fariolinin əvəzetmə variantları var, lakin bu mövsüm 21 yaşlı Baasın Şutalo ilə cütlüyü ən stabil və etibarlı oldu - Avropa Liqası matçında, xüsusən də səfər matçında onu itirmək son dərəcə xoşagəlməzdir".

Vaut Veqhorst "Ayaks"ın heyətinin ən vacib oyunçularından biri kimi qeyd olunur: "Hücumçu son iki matçda dörd məhsuldar göstəriciyə imza atıb (üç qol, bir məhsuldar ötürmə), hər iki dəfə də meydana əvəzə çıxıb. Qol vurmağa başlaya bilməyən Brobbeydə irəliləyişin olmaması Veqhorstun əsas heyətə düşməsi üçün qapını açır. Yalnız bu yay komandaya qoşulan, Erediviziyada "Ayaks"ın xal qazanmasına kömək edən 32 yaşlı forvardın effektivliyi Avropa Liqası matçlarında çox faydalı olacaq".

Məqalədə o da qeyd olunur ki, Azərbaycan klubunda müdafiənin etibarlılığı hələ də yetərli deyil və ehtimal olunan səbəblərdən biri də qapıçı mövqeyində sabitliyin olmamasıdır. Müəllif "Qarabağ"a tez-tez kömək edən doğma meydan amilini diqqətdən kənarda qoymağı məsləhət görmür, amma yenə də "Ayaks"ı daha stabil oyun göstərdiyinə görə matçın favoriti hesab edir.

Matç üçün proqnoz: 1:3

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:37

Cristiano Ronaldo tənqidçilərə cavab verib: “İndi bütün güllərdən yayınacam”

Futbol
Bu gün, 00:13

Lionel Messi Paulo Dybala’yı Argentina millisinin vida oyununa dəvət etdi

Futbol
Dünən, 22:37

İqor Angelovski: Azərbaycan millisinin performansından daha yaxşı oyun gözləyirdim

Basketbol
Dünən, 22:32

Neftçi baş məşqçisi Vasiliadis Parnu üzərindəki 80:67 qələbəni şərh etdi

Futbol
Dünən, 22:09

Azərbaycan millisi Tacikistana qarşı minimal qələbə qazandı

Futbol
Dünən, 20:27

Beşiktaş Mert Kömürü transfer etmək istəyir

Minifutbol
Dünən, 18:39

“Aznur” Çempionlar Liqasının ilk matçını məğlubiyyətlə tamamladı

Basketbol
Dünən, 18:29

“Sumqayıt” basketbol klubu Rustam Əliyevi transfer etdi

Futbol
Dünən, 17:02

Araz-Naxçıvanın yeni baş məşqçisi: “Məqsədimiz üst sıralara qalxmaqdır”

Qarabağ FK
Dünən, 16:34

U-20 millimizin Qəbələdəki ikinci mərhələli təlim toplanışı üçün heyət açıqlanıb

Futbol
Dünən, 16:23

“Araz‑Naxçıvan” futbol klubu Yuri Maksimovu yeni baş məşqçi kimi təyin etdi

Futbol
Dünən, 14:43

Azər Bağırov: Milli komandaya çağırılan oyunçular formda

Voleybol
Dünən, 10:33

Misirli voleybolçu Abouelsoud Elsayed Emam “Murov Az Terminal”a transfer olundu

Basketbol
Dünən, 10:12

Neftçi basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” komandasına qarşı çıxacaq

Digər
Dünən, 06:27

Usman Nurməhəmmədov qardaşının nokautlu məğlubiyyətini və gələcək planlarını açıqladı

Futbol
Dünən, 05:13

‘Juventus’ azarkeşlərinin sükuta riayət etməməsi üçün cərimələndi

Güləş
22 sentyabr 2026, 23:25

AGF‑nin təşkil etdiyi milli komandalar üçün Şamaxıda iki günlük təlim proqramı

Futbol
22 sentyabr 2026, 23:07

“Barselona”nın yeni futbolçusu Karim Adeyemi’nin sürət sirri: Fufu yeməyi

Cüdo
22 sentyabr 2026, 22:11

Veteran cüdoçularımız dünya çempionatında iki yeni qızıl medal qazandı

Basketbol
22 sentyabr 2026, 21:57

Sumqayıt basketbol klubu Kamran İmanovla yeni illik müqavilə imzaladı

Futbol
22 sentyabr 2026, 20:58

Fənərbaxçanın yarımmüdafiəçisi Dorqeles Nene klubdan ayrılmaq istəyir

Futbol
22 sentyabr 2026, 20:28

Beşiktaş hücumçusu Duşan Vlahoviç milli komandada zədələndi

Futbol
22 sentyabr 2026, 19:44

Rəhman Daşdəmirov: “Millətlər Liqası hazırlıq matçında qalib gəlmək üçün tam hazırıq”

Futbol
22 sentyabr 2026, 19:38

Ayxan Abbasov: Tacikistanla test oyununda qələbə qazanmaq niyyətindəyik

Oxşar xəbərlər