top
Rusiya mətbuatında “Zirə”yə İNAM İdman.biz
22 avqust 2024, 12:31
- ↺ +

Rusiya mətbuatında “Zirə”yə İNAM

Bu gün Nikosiyada Konfrans Liqasının pley-off mərhələsində "Zirə" yerli "Omoniya" ilə qarşılaşacaq.

İdman.biz Rusiyanın soccer365.ru saytının Bakı təmsilçisinin kiprlilərlə ilk oyununda qüvvələr nisbətinə həsr olunmuş yazısını təqdim edir.

Məqalə müəllifinin fikrincə, "Omoniya" kifayət qədər oyun praktikasına malik olmaya bilər: "Kipr klubu bu mövsüm cəmi dörd oyun keçirib – hamısı Konfrans Liqasının təsnifatında. Bəli, "Omoniya" dördündə də qələbə qazanıb, amma nüanslar var. Birincisi, ciddi müqavimətlə qarşılaşmayıb - "Torpedo Kutaisi" və "Fehervar" ən ciddi rəqiblər deyil. İkincisi, optimal şəraitə çatmaq üçün dörd matç kifayət deyil - Kipr klubu yenicə sürətlənir. Həmçinin mövsümöncəsi suallar doğurur: dörd yoldaşlıq görüşündə sıfır qələbə, üç məğlubiyyət və yalnız bir heç-heçə var".

Ötən mövsüm 14 qol vuran və oktyabra qədər sıradan çıxan "Omoniya"nın bombardiri Roman Bezusun zədəsi xatırladılır və bütün ümidlər Villi Semedoya bəslənilir: "Kabo-verdeli də ötən mövsüm 14 qol vurub və o, cari mövsümə yaxşı start verib - dörd görüşdə iki qol. O, həm Kutaisi "Torpedo"su, həm də "Fehervar"a qol vurub. Bununla belə, Valdas Dambrauskasın seçimi azdır: komandada hücumçu mövqeyi gücləndirilməyib. "Omoniya" bir sıra azad agentlərlə müqavilə imzalasa da, bunu hücum xəttində etməyib.

Hücumdakı böhrandan bəhs edilir: "Ferehvar" ilə iki oyunluq qarşıdurmada "Omoniya" rəqibin qapısına cəmi 29 zərbə endirib, lakin cəmi 3 qol vurub – qol fürsətlərindən istifadədə problemlər var".

Məqalədə qeyd olunur ki, "Zirə" üstün rəqibə meydan oxumağa hazırdır və mövsümə çoxdan başlayıb: "Artıq 9 oyun keçirib, onlardan altısında qalib gəlib, yalnız birində "Şerif"ə uduzub".

"Zirə"nin itkilərinin cüzi olduğu və diqqətin Rafael Utziqə yönələcəyi bildirilir: "Məhz bu oğlana həm azarkeşlər, həm də rəqiblər xüsusi diqqət yetirməlidirlər: braziliyalı son beş matçın dördündə qol vurub".

Komandamızın səfərdə yaxşı çıxışı qeyd olunur: "Zirə"nin avrokubokda təcrübəsi çox olmasa da, bu mövsüm səfərdə - həm avrokuboklarda, həm də daxili yarışlarda yaxşı çıxış edir. Mövsümün dörd səfər oyununda üç qələbə və bir heç-heçə əldə edən komanda hətta "Şerif" kimi ciddi rəqibini də məğlub etməyi bacarıb (1:0). Müdafiədə oturan "Zirə" 89-cu dəqiqədə əks-hücuma keçərək matçın yeganə qoluna imza atıb. Çox güman ki, azərbaycanlıların "Omoniya" ilə oyun üçün planı məhz belədir - bu, bəlkə də onların uğur qazanmaq üçün yeganə şansıdır".

Məqalə müəllifi "Zirə"ni bu cütdə autsayder saysa da, Bakı klubunun sürpriz edə biləcəyini istisna etmir.

Oyun üçün saytın proqnozu - 1:1

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:51

De Yonq: Çox az insan matçları 90 dəqiqə izləyir – müdafiəçi izah edir

Futbol
Bu gün, 19:37

İraq, İranın futbol komandasına təyinat sənədi üçün təyyarə enişinə icazə vermədi

Digər
Bu gün, 19:32

Tofiq Musayev: Zəfər Gününü qürurla qeyd edirik

Futbol
Bu gün, 19:29

"Bode-Glimt"ə evində Mançester Siti, İnter, Sporting və Bormuniya məğlub olub (Çempionlar Liqası)

Futbol
Bu gün, 19:28

Marafon və Dinamo qələbə qazandı

Digər
Bu gün, 19:22

Avstraliyada Kotton Kubokunda atdan yıxılan 22 yaşlı jokey İzzi Nil vəfat edib

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Futbol
Bu gün, 19:01

Oleq Baklov "King’s Cup 2026" turnirində Tacikistan millisinə dəvət olundu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Oxşar xəbərlər