top
Rusiya mətbuatı: “Üç qol fərqi nə azarkeşləri, nə Qurbanovu, nə də futbolçularını narahat etmir” İdman.biz
28 avqust 2024, 14:46
- ↺ +

Rusiya mətbuatı: “Üç qol fərqi nə azarkeşləri, nə Qurbanovu, nə də futbolçularını narahat etmir”

Bu gün "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Zaqreb "Dinamo"sunu qəbul edəcək.

İdman.biz Rusiyanın soccer365.ru saytının bu oyunla bağlı məqaləsini təqdim edir.

"İlk matçda "Qarabağ" hücumun yekununda adət etmədiyi şəkildə uğursuz idi və bu, "köhlən atlar"ın mövsümdə qol vura bilmədiyi ilk oyunu idi. Lakin onun ardınca dərhal ikinci oldu - Premyer Liqanın son turunda Qurban Qurbanovun yetirmələri yenə də rəqib qapısına yol tapa bilməyərək, "Turan Tovuz"a 0:1 hesabı ilə uduzdular. Bununla belə, "Qarabağ"ın bütün diqqəti "Dinamo" ilə ev oyununa yönəlib: üç qol fərqinə baxmayaraq, irəliləmək ümidləri qalır və komanda son dərəcə əzmkardır - "Qarabağ" pərəstişkarları qarşısında yaxşı oyununu göstərməyə öyrəşib".

Müəllif qeyd edir ki, Qurbanov "Turan Tovuz"la matçda heyətində rotasiya edib. Amma yazıda əsas diqqət "Qarabağ" azarkeşlərinin dəstəyinə yönəlib: "Tofiq Bəhramov adına Respublika stadionda "Dinamo"ya qarşı keçiriləcək oyunun bütün biletləri satılıb – Çempionlar Liqasının payız mərhələsinə vəsiqə uğrunda həlledici görüşdə "Qarabağ" dolu tribunalar qarşısında oynayacaq. İlk görüşdən sonrakı üç top fərqi nə azarkeşləri, nə Qurbanovu, nə də futbolçularını narahat etmir - hamı möcüzə göstərib Xorvatiya klubunu məğlub etməyə ümid edir. Doğma meydança "Qarabağ"a çox vaxt kömək edirdi və hətta Xorvatiya mətbuatı xəbərdarlıq edir ki, "Dinamo"ya tribunadan gələn təzyiqin öhdəsindən gəlmək çox çətin olacaq və son dərəcə motivasiyalı "Qarabağ"la matçda konsentrasiyanı itirmək olmaz".

Məqalədə Yakiroviçin əvvəlki oyundakı sxemindən bəhs edilir və təkrar oyunla bağlı fikirlər bölüşülür: "Qarabağ"la ilk oyunda "Dinamo"nun baş məşqçisi 4-2-3-1 sxemindən istifadə etdi, lakin HNL-in son turunda Sergey Yakiroviç üç mərkəz müdafiəçisinin olduğu sxemdən istifadə etdi. Çox güman ki, "Qarabağ"la cavab oyununda Yakiroviç Juninyoya daha az məkan buraxmaq üçün müdafiənin mərkəzini gücləndirməyə çalışacaq. Heyətdə dəyişikliklər də mümkündür: xüsusən, ilk qolu vurmasına baxmayaraq, kifayət qədər hazır görünməyən cinah oyunçusu Pyatsa ehtiyat oyunçular skamyasında qala bilər. Bununla belə, ilk görüşdə işləyən sxemi dəyişmək üçün ciddi səbəblər yoxdur və lazım gələrsə, Yakiroviç onu oyun zamanı edə bilir".

"Dinamo"nun müdafiəsinə verilən qiymət o qədər də yüksək deyil: "Hətta Zaqrebdəki matçda "Dinamo"nun müdafiədəki oyunu çox da arzuolunan deyildi: xüsusən, mütəxəssislər yarımmüdafiəçilərin müdafiə hərəkətlərindən narazı idilər və müdafiə xətti işinin öhdəsindən gələ bilmirdi. Bir çox cəhətdən "Dinamo"nun bəxti gətirib ki, adətən son dərəcə məhsuldar və effektiv olan "Qarabağ" qol vura bilməyib. Zaqreb klubu bu mövsüm çox az qol buraxır - beş matçda cəmi iki qol, lakin əksər rəqibləri həqiqətən təhlükəli adlandırmaq çətindir. Səfər oyununda Sergey Yakiroviçin komandası "Qarabağ"ın hədəfinə yaxınlaşmaması üçün maksimum konsentrasiya nümayiş etdirməli olacaq".

Məqalənin ümumi yekununda də qeyd olunur ki, "Dinamo" üç qolla yaxşı üstünlüyü təmin edib və Bakıda daha ehtiyatlı oynaya bilər. Meydan sahibləri isə daha fəal hücuma keçməli olacaqlar: "İzdihamlı "Tofiq Bəhramov"dakı azarkeşlər "Qarabağ"a yaxşı dəstək verəcəklər. Rəqibə belə təzyiqdə oynamaq çox çətin olacaq. "Dinamo"nun müdafiəsi ilk görüşdə də ideal deyildi və "köhlən atlar" daha təsirli olsaydılar, Xorvatiya klubunun üstünlüyü bu qədər böyük olmazdı. "Qarabağ" öz meydanında qeyri-adi iki oyunluq qolsuzluqdan qurtulmalıdır. Əgər "Dinamo" konsentrasiyasını itirsə və həddindən artıq rahatlaşarsa, "köhlən atlar" nəinki qələbə və avrokubok xalları əldə etmək, hətta oyunu əlavə vaxta da keçirmək şansı qazanacaq. Ancaq bunun üçün də qol buraxmamaq lazımdır və "Qarabağ"ın müdafiəsi çox zəifdir.
Matç üçün proqnoz: 2:1

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Oxşar xəbərlər