top
Rusiya mətbuatı: “Məğlubiyyət “Qarabağ”ın döyüşkən ruhuna təsir etməyib” İdman.biz
13 avqust 2024, 16:23
- ↺ +

Rusiya mətbuatı: “Məğlubiyyət “Qarabağ”ın döyüşkən ruhuna təsir etməyib”

"Qarabağ" bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda səfərdə Bolqarıstan "Lüdoqets"i ilə qarşılaşacaq.

İdman.biz Rusiyanın soccer365.ru saytının oyuna baxışını təqdim edir.

"İlk görüşdə "Lüdoqorets" fevraldan heç kimin bacarmadığını – "Qarabağ"ı doğma meydanda məğlub etdi. Bu qələbə Georgi Dermendjiyevin komandasına bütün gücünü hücuma sərf etmədən öz meydanında hesaba görə oynamağa imkan verir. Bolqarıstan çempionatının son turunun "Botev"lə oyunu təxirə salınıb, "Lüdoqorets" "Qarabağ"la cavab oyununa hazırlaşmaq üçün kifayət qədər vaxt tapıb".

Qeyd olunur ki, Georgi Dermendjiyev hücumda ilk oyunda zədələnən Bernard Tekpeteydən və öz qolundan cəmi bir neçə dəqiqə sonra ikinci sarı alan Kayo Vidaldan istifadə edə bilməyəcək: "Bu, hücum xəttində seçimi azaldır, amma əsas odur ki, "Lüdoqorets"in müdafiəçilərlə problemi yoxdur".

Bolqarların ev oyunlarının statistikası təqdim edilir: "Lüdoqorets" bu mövsüm evdə keçirdiyi bütün matçlarda (dörd oyunda) qalib gəlib, 12 qol vurub, ikisini buraxıb. Ümumilikdə komanda "Hoverfarm Arena"da ardıcıl 10 matçdır uduzmur – 9 qələbə və 1 heç-heçə. Yeddi görüşdə qapılarını toxunulmaz saxlaya bilən "yaşıl-ağlar" hər görüşə orta hesabla 3,2 qol vurub.

Bildirilib ki, "Qarabağ"a gəlincə, "Lüdoqorets"lə oyunda 1:2 hesablı məğlubiyyət komandanın döyüşkən ruhuna təsir etməyib: "Ötən həftəsonu Premyer Liqa matçında "Qarabağ" "Kəpəz"ə inamla qalib gəlib və liderlik mövqeyini təmin edib. Razqradda Azərbaycan çempionu qol vurmalıdır ki, heç olmasa oyunu əlavə vaxta və penaltilər seriyasına daşısın. Qurban Qurbanovun komandası qol vurmağı yaxşı bilir: bu mövsüm "köhlən atlar" hər matçda qol vurub, cəmi 5 görüşdə bu say 15-dir. Juninyo əla formadadır - ilk oyunda "Lüdoqorets"in qapısına yeganə qolu məhz braziliyalı vurmuşdu. O, "Kəpəz"lə oyunda əvəzedici kimi meydana çıxanda da fərqləndi – ona görə də bu mövsüm onun artıq 6 qolu var".

soccer365.ru "Lüdoqorets"in müdafiədə etibarlı oyununu xüsusi vurğulayıb: "Bolqarıstan klubunun bütün komanda ilə müdafiə olunduğunu və "köhlən atlar"a demək olar ki, heç nəyə imkan vermədiyini ilk oyunda gördük. Bu müdafiəni yarmaq üçün Qurban Qurbanova hücum gücü lazım olacaq. Georgi Dermendjiyevin nəticəni qorumasına indi praktiki olaraq iki hücumçu itkisini heç kəslə əvəzləyə bilməməsi mane ola bilər. Lakin buna ehtiyac "Qarabağ" meydan sahiblərinin müdafiəsini yararaq qol vura bilsə yaranacaq. Ancaq fərqlənmək zərurəti "köhlən atları" irəli atılmağa məcbur edəcək ki, bu da müdafiədə səhvlərə yol aça bilər".

Saytın oyuna proqnozu: 1:1.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Oxşar xəbərlər