top
Rüfət Quliyevin “Bilis”dən ayrılma səbəbi: “Sözlərini tutmadılar...” - MÜSAHİBƏ İdman.biz
28 oktyabr 2024, 14:15
- ↺ +

Rüfət Quliyevin “Bilis”dən ayrılma səbəbi: “Sözlərini tutmadılar...” - MÜSAHİBƏ

Albaniyanın "Bilis" komandasının sabiq baş məşqçisi Rüfət Quliyevin İdman.bizə müsahibəsi

- "Bilis"lə işbirliyiniz uzun çəkmədi. Komandadan gedinizi nə ilə əlaqələndirərdiz?

- Bu klubda cəmi iki ay çalışdım. Əsas komandanın baş məşqçinin köməkçisi, U-21 də baş məşqçi vəzifəsini yerinə yetirirdim və U-19-a da nəzarət edirdim. Hər şey yaxşı idi. Başçılıq etdiyim U-21 5 oyunda 5 qələbə qazanmışdı. Eyniylə U-19-da da işlərim normal gedirdi. Lakin əsas komandada tam əksi idi. Hazırda da sonuncu pillələrdə qərarlaşıblar.

- Onda əsas komandanın nəticələrinə görə baş məşqçi postunda qalsa da, siz Albaniya təmsilçisini tərk etdiz?

- Klubun prezidenti ilə danışığımıza əsasən qalmağım və s. bütün xərclərimi ödəməli idilər. Vaxt gəlib çatanda isə başqa bir məbləğ dedilər. Bu, müqavilədə qeyd olmamışdı. Ona görə də anlaşılmazlıq yarandı. Bu şərtlərlə orda gündə 3 dəfə məşqdə idim. Amma bunun qarşılığında gözlənilməz rəftar gördüm. Ona görə də klubdan ayrıldım. Düzdür, onlar məni təzədən qaytarmaq istəyirlər. Lakin şərtləri dəyişmirlər. Mən də bunlarla razı deyiləm. Ona görə də "Bilis"ə qayıtmamağa qərar verdim.

- Bəs digər təkliflər də var?

- ⁠Danışıqlar gedir. Təklif gözləyirik. Ümid edirəm ki, bir qərara gələcəm.

- Millinin sabiq futbolçusu Amil Yunanov da "Bilis"də çıxış edir. Onun cəmi 1 oyuna çıxmasının səbəbi nədir?

- ⁠Amil də bu haqsızlıqlarla üzləşib. Ona da bir sıra vədlər verilib, əməl etməyiblər. Bu səbəbdən də vəziyyəti çətinləşib. Bu suala özü cavab versə, daha yaxşı olar. Lakin düşünürəm ki, Amil də orda qalmayacaq və qayıdacaq. Klub verdiyi sözləri yerinə yetirmədiyi üçün onlarla işləmək düzgün gəlmir.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Oxşar xəbərlər