top
Rüfət Abdullazadə: Xorvatiyadakı həyatım yaxşı gedir, artıq mənim üçün ciddi maneə yoxdur Idman.biz
03 sentyabr 2025, 12:10
- ↺ +

Rüfət Abdullazadə: Xorvatiyadakı həyatım yaxşı gedir, artıq mənim üçün ciddi maneə yoxdur

Karyerasını Xorvatiyanın "Varajdin" klubunda davam etdirən Rüfət Abdullazadə Sportal.az-a müsahibəsu

- "Dinamo"(Zaqreb) ilə matçda komandanız 2:2 hesablı heç-heçə etdi. Yəqin ki, bunu normal nəticə hesab edirsiz, yoxsa yalnız qələbə istəyirdiz?

- Təbii ki, "Dinamo" kimi rəqiblə oyundan bir xal götürmək pis nəticə sayılmır. Qələbə qazanmağa da çox yaxın idik. Bunu çox istəyirdik. Üç xal qazanmaq niyyətimiz var idi. Ancaq son dəqiqə qolundan sonra görüşdən bir xal götürdük.

- Bu matçdakı performansın olduqca yaxşı alındı. Hətta bir assist də etdin. Ümumiyyətlə, meydana daxil olanda düşündüklərini az da olsa, reallaşdıra bildin?

- Mən hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Meydana da daxil olanda komandaya faydalı olmağı düşünürdüm. Həmişə bunun üçün də çalışıram.

- Necə düşünürsən, "Varajdin"də yavaş-yavaş özünü sübut edərək, əsas heyətdə özünə daimi yer edə biləcəksən? Yoxsa, düşünürsən ki, rəqabət çox yüksəkdir və hələ bunu etmək çətindir?

- Bizim yaxşı komandamız var. Kollektivdə rəqabət də güclüdür. Bu isə məni daha da motivasiya edir. Özümü hər məşqdə, oyunlarda sübut etməyə çalışıram.

- "Varajdin"in bu mövsüm liqada əsas hədəfi nədən ibarətdir?

- "Varajdin"in əsas hədəfi liqada yaxşı yerlərdən birini tutmaq və mümkün qədər yuxarı yerlər uğrunda mübarizə aparmaqdır. Biz hər görüşə maksimum nəticə üçün çıxırıq.

- Xorvatiyadakı yaşayışın necə gedir, ora öyrəşmisən?

- Xorvatiyadakı həyatım yaxşı gedir. Artıq çox şeyə öyrəşmişəm. Mənim üçün ciddi maneə yoxdur. Əsas diqqətimi futbola yönəltmişəm.

- Xorvatiya liqasının səviyyəsi haqda fikrin necədir? Azərbaycan Premyer Liqasından çox fərqlənir?

- Təbii ki, arada fərq var. Azarkeşlər sarıdan da belədir. Hər oyunda stadionlarda kifayət qədər azarkeş olur. "Dinamo", "Hayduk" və "Riyeka" ilə matçlarda isə stadion demək olar ki, tam dolur. Bu da futbolçular üçün əlavə motivasiyadır. Xorvatiya liqasında hər oyunda temp yüksək olur, fiziki mübarizələr də güclüdür, çoxdur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Oxşar xəbərlər