Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin çıxış etdiyi "Kiryat Şmona" İsrail Premyer Liqasında qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, komanda çempionatın 10-cu turunda doğma meydanda "Hapoel Hayfa"nı 2:0 hesabı ilə məğlub edib.
Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Meydan sahibləri 69-cu dəqiqədə Şay Ben Davidin qolu ilə önə keçiblər. Matçın 90+3-cü dəqiqəsində isə Bilal Şahin yekun hesabı müəyyənləşdirib.
Rüfət Abdullazadə görüşə ehtiyat oyunçular skamyasında başlayıb. Azərbaycanlı yarımmüdafiəçi 58-ci dəqiqədə Ariel Şeratskini əvəzləyərək meydana daxil olub.
Bu qələbədən sonra "Kiryat Şmona" xallarının sayını yeddiyə çatdıraraq turnir cədvəlində 11-ci pilləyə yüksəlib.