top
Rüfət Abdullazadə Avropadakı ilk qolunu karyerasında başlanğıc hesab edir Idman.biz
10 sentyabr 2025, 17:07
- ↺ +

Rüfət Abdullazadə Avropadakı ilk qolunu karyerasında başlanğıc hesab edir

Futbolçu üçün ilk qol həmişə yaddaqalan olur və mən də bunu karyeramda önəmli addım kimi dəyərləndirirəm.

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Xorvatiyanın "Varazdin" klubunda çıxış edən azərbaycanlı futbolçu Rüfət Abdullazadə komandasının heyətində vurduğu ilk qol barədə danışarkən deyib.

24 yaşlı oyunçu bildirib ki, Xorvatiya Kubokunda "Qay Maçe" kollektivinə 7:1 hesabı ilə qalib gəldikləri matç onun üçün çox önəmli olub: "Çünki Avropada rəsmi qarşılaşmalarda ilk qolumu vurdum. Oyuna əsas heyətdə başlamaq və erkən qol vurmaq mənə əlavə inam verdi. Rəqib iddialı komanda olmasa da, bu qol mənim üçün başlanğıc xarakteri daşıyır".

O, meydana çıxdığı andan etibarən məsuliyyət hiss etdiyini vurğulayıb: "Açığı, həyəcan yox idi. İlk dəfə əsas heyətdə meydana çıxmaq mənim üçün böyük önəm daşıyırdı. Oyuna daxil olduqca ritmi hiss etməyə başladım, komanda yoldaşlarım da daim dəstək oldular. Qoldan əlavə, meydanda hərəkətim, topdan kənar oyunum və müdafiəyə verdiyim dəstək də vacib idi. Çünki yalnız qol vurmaqla iş bitmir. Əsas məsələ komandanın oyun sisteminə uyğunlaşmaqdır. Bu oyunda qol vurmaq mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki ötən həftə "Dinamo Zaqreb" qarşısında asist etmişdim və qarşıda bizi digər böyük klub — "Hayduk"la görüş gözləyir. Bu səbəbdən həm özümü göstərmək, həm də özümə olan inamı artırmaq baxımından bu qol çox dəyərli oldu".

Qeyd edək ki, Rüfət Abdullazadənin "Varazdin"lə müqaviləsi 2028-ci ilin yayına kimidir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər