top
Rüfət Abbasov: Yeni ildə qələbələr qazanmaq niyyətindəyik - MÜSAHİBƏ Idman.biz
08 yanvar 2026, 11:36
- ↺ +

Rüfət Abbasov: "Yeni ildə qələbələr qazanmaq niyyətindəyik" - MÜSAHİBƏ

"Yeni ildə qələbələr qazanmaq niyyətindəyik. Mart ayında yoldaşlıq matçları keçirəcəyik".

Bunu "Şamaxı"nın və Azərbaycan millisinin futbolçusu Rüfət Abbasov sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Mövsümün ilk yarısında "Şamaxı"nın çıxışını necə qiymətləndirirsiniz?

- ⁠Mövsümün ilk yarısında yaxşı çıxış etdik. Bu dönəmi komandamız üçün normal dəyərləndirirəm. Hazırda yeddinci pillədə qərarlaşmışıq. Məncə, pis nəticə deyil.

- Sizcə, daha çox xal toplaya bilərdinizmi?

- ⁠Əlbəttə. Mən də bu fikirdəyəm. Bəzi matçların son anlarında qapımızda qollar gördük. Xal və xallar itirdiyimiz qarşılaşmalar da oldu. Amma buna baxmayaraq mövsümün ikinci hissəsində də əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Daha çox xal toplamaq niyyətindəyik.

- Mövsümün ilk yarısındakı nəticələrə, sərgilədiyiniz oyuna baxanda sizcə, komanda avrokuboklara iddia edə bilərdimi?

- ⁠Mövsüm başlayanda bizim əsas hədəfimiz liqada qalmaq idi. Buna baxmayaraq bacardığımız qədər yuxarı pillələrdə qərarlaşmağı istəyirdik. Avrokuboklar zonasına bir az da yaxınlaşsaq, niyə də yox?

- Mövsümün ilk yarısında Azərbaycan çempionatında bütün oyunlarda meydanda olmusunuz. Sizcə, bu stabilliyi nəyə borclusunuz?

- ⁠Bəli. Bunun üçün ilk növbədə məşqçilər korpusuna təşəkkür edirəm. Məşqlərdə özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Bu formanı itirmək niyyətində deyiləm. Daim ilk "11-lik"də oynamaq istəyirəm.

- Qış fasiləsində başqa klublardan təkliflər almısınız? Komandanızı dəyişmək ehtimalı realdırmı?

- ⁠Xeyr. Mənə təklif olmayıb. Hazırda "Şamaxı" ilə müqaviləm var. İndi bütün fikrim öz komandamdadır.

- "Şamaxı"nın mövsümün ikinci yarısında hədəfləri nə olacaq?

- ⁠Bayaq da vurğuladım. İlk növbədə çempionatda qalmaq istəyirdik. İndi isə xal və xallar toplayaraq yuxarı pillələrə qalmağı planlaşdırırıq.

- Azərbaycan millisinin də üzvüsünüz. Yığma ötən ili qələbəsiz başa vurdu. Azarkeşlər 2026-cı ildə komandada hansı nəticələrə ümid etsinlər?

- ⁠Yeni ildə qələbələr qazanmaq niyyətindəyik. Mart ayında yoldaşlıq matçları keçirəcəyik. Sonra Millətlər Liqası olacaq. Azarkeşlərimizi qələbələrlə sevindirmək istəyirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Bu gün, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Bu gün, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Bu gün, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Bu gün, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Bu gün, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Bu gün, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Bu gün, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu Rüfət Quliyev: “Neftçi” bu mövsüm çempion olacaq

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Digər
Bu gün, 17:31

Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib

Oxşar xəbərlər