top
Rüfət Abbasov: «Neftçi» 90 illik yubileyində çempionluq hədəfləyir, liderliyə yüksəlmək bize psixoloji üstünlük verir Idman.biz
Bu gün, 16:59
- ↺ +

Rüfət Abbasov: «Neftçi» 90 illik yubileyində çempionluq hədəfləyir, liderliyə yüksəlmək bize psixoloji üstünlük verir

"İlk növbədə, özüm əlimdən gələni edirəm ki, yaxşı formada olum və komandama fayda verim".

Bunu "Neftçi"nin futbolçusu Rüfət Abbasovun "Şamaxı"ya 3:2 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 10-cu tur matçından sonra sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Keçmiş komandanıza qarşı oynadınız. Oyunu necə dəyərləndirirsiniz?

– "Şamaxı"nın güclü komanda olduğunu bilirdik. Həqiqətən də yaxşı kollektivdir. Oyunun çətin keçəcəyini əvvəlcədən gözləyirdik. Həm meydança, həm də hava şəraiti baxımından müəyyən çətinliklər var idi. Üstəlik, keçmiş komandama qarşı oynayırdım. Bu, mənim üçün çox xoş hiss idi. "Şamaxı"ya gələcək oyunlarında uğurlar arzulayıram. Bizim üçün çox vacib oyun idi. Qələbə qazanaraq liderliyə yüksəlmək istəyirdik. Şükürlər olsun ki, istəyimizə nail olduq. Qarşımıza qoyduğumuz hədəflərə çatmaq istəyirik. Bildiyiniz kimi, Neftçinin 90 illik yubileyidir və biz çempion olmağı hədəfləyirik.

– "Neftçi"də yerli futbolçulara daha az şans verilir. Siz bu baxımdan yaxşı mənada fərqlənirsiniz. Mustafa Sekin ehtiyat heyətdə yer alması da bunun nümunəsidir. Yerli futbolçulara bu baxımdan nə məsləhət görərdiniz?

– İlk növbədə, özüm əlimdən gələni edirəm ki, yaxşı formada olum və komandama fayda verim. Həmişə idman formamı qorumağa çalışıram. Qidalanma, yuxu rejimi və digər məsələlərə diqqət yetirirəm. Mustafa Sek mənim komanda yoldaşımdır. Bu gün o oynaya bilər, sabah mən oynaya bilərəm. Aramızda sağlam rəqabət var. Mən də çalışacağam ki, hər oyunda start heyətində yer alım və komandam üçün əlimdən gələni edim.

– "Neftçi" üçün "Şamaxı" ilə oyun kifayət qədər çətin alındı. Qələbə qazansanız da, komanda meydanda müəyyən çətinliklərlə üzləşdi. Bunun səbəbi nə idi?

– Dediyim kimi, "Şamaxı" bu il çox yaxşı komandadır. Səfərdə oynayırdıq. Meydança amili də var idi, Şamaxıda hava şəraiti də bir qədər ağır olur. Bütün bunlar oyuna təsir edən amillərdir. Əsas məqsədimiz qələbə qazanmaq idi və şükürlər olsun ki, buna nail olduq.

– Bu qələbə sizi liderliyə yüksəltdi. Bu amil komandaya psixoloji üstünlük verəcəkmi?

– Əlbəttə, verir. Qarşıda bizi "Kəpəz"lə oyun gözləyir. Həmin matçda da əlimizdən gələni edəcəyik və meydana qələbə qazanmaq üçün çıxacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:59

İmişli futbolçusu Seyxan Fərəcov özünə inamını vurğuladı

Digər
Bu gün, 17:55

Azərbaycanın idman dırmanması üzrə millisi üzvü Həvva Yambulatova 17 yaşında vəfat edib

Digər
Bu gün, 17:50

UFC-də mübarizə aparan brasiliyalı Luana Santos estetik əməliyyat üçün oktagondan fasilə alır

Futbol
Bu gün, 17:50

Misli Premyer Liqasında oktyabr ayının TOP-5 qolu açıqlanıb

Qarabağ FK
Bu gün, 17:47

Mahmud Qurbanov: Rəqabətin Artması Futbolumuzun İnkişafına Yönəldir

Futbol
Bu gün, 17:40

Nyukasl və Everton Qalatasarayın yarımmüdafiəçisi Qabriel Sara uğrundan mübarizədə

Qarabağ FK
Bu gün, 17:37

"Neftçi" Əvəzedicilər Liqasının 8-ci turunda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdi

Digər
Bu gün, 17:35

Rəvan Abbaszadə K-1 üzrə dünya çempionu oldu: Azərbaycan bayrağı ilə qeyd etdi, İDMAN.BİZ-ə müsahibə verdi

Futbol
Bu gün, 17:20

Bavariya direktoru Haaland transferini müzakirə etməyəcəklər

Basketbol
Bu gün, 17:19

U-14 basketbol millimiz Serbiyada təlim-məşq toplanışına qatılacaq

Futbol
Bu gün, 17:15

Liverpul Vircil van Deyk ilə 1 illik yeni müqavilə imzalamağı nəzərdən keçirir

Futbol
Bu gün, 17:00

Hakman “qara siyahı”da: Məşqçi Kurban Berdiyev Turan Tovuzun müdafiəçisinə etimadını itirdi

Futbol
Bu gün, 16:50

Neftçi Palms Sports Mərkəzində bərpa məşqini keçir

Futbol
Bu gün, 16:40

Fənərbağça futbolçusu Vedat Muriqi La Liqada transferi üçün maraq doğurub

Futbol
Bu gün, 16:29

Azərbaycan II Liqası: Ağdaş Küren-Arazla heç-heçə etdi, Difai Hypersi məğlub etdi

Futbol
Bu gün, 16:29

İngiltərə Premyer Liqasının üç klubu Morqan Qibbs-Uaytı izləyir

Futbol
Bu gün, 16:20

Stanislav Çerçesov “Axmat” klubundan çıxmağa hazırlaşır

Futbol
Bu gün, 16:15

Uşaq futbolunun inkişafında durğunluq qarşısı alınmalıdır – Vəli Qasımov

Futbol
Bu gün, 16:13

Cristiano Ronaldun Özbəkistana səfəri ləğv edildi

Güləş
Bu gün, 15:58

Kayl Deyk: "Arseniy Djioyev ilə dünyalar finalında gərgin anlar yaşanıb, məşqçim də təşvişə gəldi"

Voleybol
Bu gün, 15:46

Azərbaycanın 16 yaşadək oğlan və qız voleybol milliləri EEVZA Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək

Olimpiada
Bu gün, 15:39

Avropa çempionu Siara Macian toyundan bir neçə həftə sonra vəfat etdi

Digər
Bu gün, 15:30

Gənclər və İdman Nazirliyinin 'Üzməyi öyrənək' layihəsi 8-ci dəfə təşkil olunacaq

Oxşar xəbərlər