"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 10-cu turunda "Nottingem Forest"lə oyunu şərh edib.
İdman.Biz bildirir ki, matç heç-heçəylə bitib - 2:2.
"Matçın sonunda çox yaxşı fürsətimiz var idi, amma bir az bəxtimiz gətirmədi. Həm evdə, həm də səfərdə eyni intensivliklə oynaya bilmək üçün çalışmalıyıq. Getdikcə daha yaxşı oluruq və düşünürəm ki, bunu hamı görür. Qələbə qazanmasaq belə, heç olmasa hiss edirik ki, uduzmayacağıq. Güclü pressinq edirik, hər oyunda məhz belə oynamalıyıq", - Amorim deyib.