top
Ruben Amorim: “Mourinyoya oxşamıram, mən fərqliyəm” İdman.biz
23 noyabr 2024, 10:32
- ↺ +

Ruben Amorim: “Mourinyoya oxşamıram, mən fərqliyəm”

Portuqaliyalı baş məşqçi Ruben Amorim "Mançester Yunayted"ə keçdikdən sonra oyunöncəsi ilk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, o, klubda necə qarşılanmasında, gələcək hədəflərindən danışıb.

Özümü evdəki hiss edirəm
- Bu klub gözlədiyinizdən də böyükdür. "Sportinq"dən fərqli, burada çoxlu müxtəlif departamentlər var. Bu, komanda ilə işləməkdən başqa görüləsi xeyli işin olduğu qlobal bir klubdur. Burada mənə çox kömək edirlər, çox xoşbəxtəm və özümü tam rahat hiss edirəm. Özümü evdəki kimi hiss edirəm.

Bu, inqilab deyil
- Heç bir inqilab olmayacaq, çünki axı müdafiədə beş, dörd və ya üç oyunçu ilə futbol çox da fərqlənmir. Öz ideyalarımız, futbola öz baxışımız var və oyun tərzini dəyişəcəyik.

Doğru zamanda doğru yerdə oldum
- İstəyirsinizsə, mənə sadəlövh deyin, amma mən inanıram ki, doğru zamanda doğru yerdə olan doğru adamam. Yer kürəsi hələ öz oxu ətrafında fırlanacaq və günəş yenə doğacaq desəm, yəqin ki, yanılmaram, ona görə də bundan narahat deyiləm. Sadəcə həqiqətən inanıram ki, bu iş üçün doğru adamam.

Mourinyonun sözləri
- Joze mənə mesaj göndərərək deyib ki, bu, gözəl insanların olduğu nəhəng klubdur. Bunun doğru olduğunu gördüm və klub o vaxtdan elə dediyi kimidir.

Joze ilə müqayisələr
- Mourinyoya oxşamıram, mən fərqliyəm. Yadımdadır, o, "Çelsi"yə keçəndə hamı ona baxır və hər titulu qazanmağa qadir olduğunu düşünürdü. O vaxtdan futbol dəyişib, amma mən hələ gəncəm və oyunçularımı yaxşı başa düşürəm, necə ki, Joze gəncləri - Lempard və digərlərini başa düşürdü. İndi hər şey fərqlidir, amma yenə də bu işə uyğun biri olduğuma əminəm.

Transfer məsələlərində rolu
- Futbolçuları seçəndə üzərimə böyük məsuliyyət düşəcək, çünki həm menecer, həm də baş məşqçiyəm. Lazım olan oyunçuları özüm seçməliyəm.

Ən azı iki il lazımdır
- Müqaviləm iki il yarım müddətinədir, son günlər bu barədə çox danışılıb. Düşünürəm, iki il ərzində mütləq başa düşəcəksiniz ki, axtardığınız məşqçini tapmısınız, ya yox. Müntəzəm olaraq çempionluq qazanan digər klublarla müqayisədə bizə daha çox vaxt lazım olacaq - onlar inkişafa çoxdan nail olublar. Qalib gəlirlər, buna görə də öz layihələrini təkmilləşdirmək və mükəmməlliyə çatdırmaq üçün vaxtları var. Ən yüksək səviyyəyə çatmaq üçün bizə iki il yarımdan çox vaxt lazım ola bilər. Biz hansısa titulu qazanmaq məcburiyyətindəyik, amma iki ildən sonra bu yolda davam edib-etməməyi görə biləcəksiniz.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Oxşar xəbərlər