top
Rövşən Hüseynli: Vitali Borisovla danışdım, yığma İsveçdən qayıdandan sonra məşqlərə qoşulacam - MÜSAHİBƏ Report.az
10 aprel 2025, 17:08
- ↺ +

Rövşən Hüseynli: "Vitali Borisovla danışdım, yığma İsveçdən qayıdandan sonra məşqlərə qoşulacam" - MÜSAHİBƏ

Bir neçə gün öncə Azərbaycanın futzal millisindən kənarlaşdırılan Rövşən Hüseynli "Report"a müsahibə verib. Təcrübəli qapıçı yaşananlardan sonra yığmanın baş məşqçisi Vitali Borisovla görüşdüyünü və aralarında heç bir problem olmadığını deyib. O, həmçinin Qazaxıstanda formasını geyindiyi "Astana"nın durumundan danışıb. Azərbaycan çempionatına da toxunan qolkiper klubların şanslarını dəyərləndirib.

- Yığmanın düşərgəsindən kənarlaşdırıldıqdan sonra planlarınız necədir? Legioner həyatı yaşadığınız Qazaxıstana nə vaxt qayıdacaqsınız?

- Hələ ki, Azərbaycandayam, "Araz-Naxçıvan"la birlikdə məşq edirəm. Milli ilə səfərə getmədiyim üçün məşqləri bu komandada davam etdirirəm.

- Baş verənlərdən sonra federasiya rəhbərliyi ilə görüşünüz oldu?

- Rəhbərliklə görüşüm olmayıb. Sadəcə, anlaşılmazlıq yaşanıb. Qeyri-adi nəsə yoxdur. Hazırda hər şey qaydasındadır. 16 ildir futzalla peşəkar şəkildə məşğul oluram. Bu müdətdə bir dəfə də intizamsızlıq etməmişəm.

- Yığmanı Avropa çempionatının oyunları ərəfəsində çətin vəziyyətdə qoyduğunuzu düşünmürsünüz?

- Səhvim yoxdur, sadəcə, anlaşılmazlıq yaşanıb. Yığmadan birdəfəlik uzaqlaşdırılmamışam. Ümumiyyətlə, buna səbəb olacaq intizamsızlıq etməmişəm. Sadəcə, İsveçlə oyunda olmayacağam. Klubumla birlikdə aprelin 5-də oyun keçirmişəm. Bu səbəbdən ayın 6-da yığmada məşq edə bilməzdim. Üstəlik, gecə yol gəlmişdim.

- Yaşananlardan sonra baş məşqçi Vitali Borisovun sizi yenidən yığmaya dəvət edəcəyinə ümidiniz var?

- 15 ildir millidə əlimdən gələni etmişəm. İnşallah, bundan sonra da belə olacaq. Vitali Borisovla aramızda heç bir şəxsi qərəz, prinsip yoxdur. İstənilən məşqçi və oyunçu arasında yaşana biləcək hallardır. İstərdim ki, hər şey aramızda qalsın və həll olunsun. Sadəcə, bilmirəm, nəyə görə belə alındı və bütün ictimaiyyət bildi. Qərar çıxarılıb, hörmətlə yanaşıram. Amma bu sırf İsveçlə oyuna aiddir. Baş məşqçi ilə görüşüb danışmışam. Komanda səfərdən qayıtdıqdan sonra məşqlərə qoşulacağam. Aprelin 13-ü və 14-də keçiriləcək məşqlərdə iştirak edəcəyəm. Ayın 15-də də Xorvatiya ilə rəsmi görüş olacaq. Bu matçda oynayıb-oynamayacağımla bağlı baş məşqçi qərar verəcək. Kimi hazır görəcəksə, onu da meydançaya buraxacaq. İsveçlə oyuna getməməyim o demək deyil ki, millidən tamamilə uzaqlaşdırılmışam.

- Çıxış etdiyiniz Qazaxıstanın "Astana" komandasının durumu necədir?

- Klubda hər şey normaldır. Yəqin ki, məlumatınız var, komandada eyni zamanda qapıçılar üzrə məşqçiyəm. "Astana" ilə müqavilə bağladıqdan sonra bu barədə klub rəhbərliyi ilə görüşümüz oldu. Həmin vaxtdan bəri həm qapıçılar üzrə məşqçiyəm, həm də qapıçı kimi çıxış edirəm. Hazırda pley-off mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparırıq. 10 oyunumuz qalıb, bunların ən azı 5 və ya 6-da qalib gəlsək, pley-off şanslarımız olacaq.

- Azərbaycan klublarından təklif almısınız?

- Hazırda ölkə çempionatı davam edir. Sabiq komandam "Araz-Naxçıvan" da çempionluq uğrunda mübarizə aparır. Hələ ki, transfer barədə danışıqlarımız olmayıb.

- Yüksək Liqa ilə bağlı düşüncələriniz necədir?

- Hər şey göz qabağındadır. Rəqabət baxımından boşluqlar var. Çünki bəzən yaxşı oyunlar olur, bəzən də tur zəif keçir. Balans çox yuxarı və ya aşağı olur. Bu, yığmamız üçün də çətinliklər yaradır. Oyunçular gərginlik hiss edə bilmirlər. İnanıram ki, növbəti mövsümlərdə daha rəqabətli çempionat görəcəyik.

- Hansı komandanın çempionluq şansını daha yüksək dəyərləndirirsiniz?

- İndidən nəsə demək çətindir. Üç komanda - "Araz-Naxçıvan", "Baku Fire" və "Neftçi" İK çempionluğa əsas namizəddirlər. Aralarındakı xal fərqi də azdır. "Araz-Naxçıvan" mənim üçün doğmadır, illərlə bu klubda çıxış etmişəm. Artıq 4 ildir legioner həyatı yaşayıram. Futzala "Neftçi" İK-də başlamışam. Daha sonra Yüksək Liqada "Baku Fire" klubunda oynamışam. Sonra "Araz-Naxçıvan"a keçmişəm. Ona görə də kim güclüdürsə, o da qalib gəlsin.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Oxşar xəbərlər