Futbol analitikləri portuqaliyalı hücumçu Kriştianu Ronaldunun peşəkar karyerasındakı 1000-ci qolunu nə vaxt vuracağını hesablayıblar.
İdman.Biz xəbər verir ki, hesablamanı "Sky Sports"un analitikləri aparıblar.
Mütəxəssislər beşqat "Qızıl top" sahibinin həm klub, həm də milli komanda səviyyəsində iştirak edə biləcəyi qarşılaşmaları nəzərə alıblar.
Proqnoza görə, Ronaldu yubiley qoluna gələn ilin oktyabrında imza ata bilər. Hazırda 40 yaşlı hücumçunun aktivində 948 qol var.
Xatırladaq ki, Kriştianu Ronaldu 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir. Portuqaliyalı futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin iyununun sonunda başa çatacaq.