Səudiyyə Ərəbistanının "Ən-Nəsr" komandasının hücumçusu Kriştianu Ronaldu ötən turda vurduğu qola görə xüsusi mükafatla təltif olunub.
İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçunun vurduğu qol çempionatda həftənin ən yaxşısı seçilib.
Ronaldu cari mövsümdə "Ən-Nəsr" forması ilə həm məhsuldarlıq, həm də oyun liderliyi ilə diqqət mərkəzində qalmaqda davam edir.