Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun Asiya Çempionlar Liqasında İran təmsilçisi "İstiqlal"la oyununun yeri dəyişdiriləcək. Sport24.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.
Qarşılaşma Tehranda yox, Dubayda keçiriləcək. Buna "Əl-Nəsr"in təhlükəsizliyə görə İrana yollanmaqdan imtina etməsi səbəb olub. Qarşılaşma oktyabrın 22-də baş tutacaq.
Qeyd edək ki, daha əvvəl Hindistan təmsilçisi "Mohun Baqan" eyni səbəbdən Təbrizin "Traktor"u ilə səfər matçına çıxmadığı üçün Çempionlar Liqasından kənarlaşdırılmışdı.