top
Ronaldo Vaskez: Avrokuboklara getmək istəyirik və bunun üçün çox çalışırıq - MÜSAHİBƏ Idman.biz
24 oktyabr 2025, 13:55
- ↺ +

Ronaldo Vaskez: "Avrokuboklara getmək istəyirik və bunun üçün çox çalışırıq" - MÜSAHİBƏ

"Turnir cədvəlində yuxarı pillələrə yüksəlmək üçün zəif tərəflərimiz üzərində işləməyə davam etməliyik".

Bunu "Sumqayıt"ın hücumçusu Ronaldo Vaskez sportal.az-a müsahibəsində bildirib.

Həmin müsahibəni təqdim edirik:

- "Sumqayıt" 8-ci turda "Karvan-Yevlax" üzərində inamlı qələbə qazandı. Əslində, bu qələbə çoxları üçün sürpriz deyildi. Bəs, özünüz üçün necə?

- Turnir cədvəlinə xal əlavə etmək baxımından hər qələbə vacibdir. Komanda bu görüşdə çox yaxşı idi. Ümid edirik ki, eyni ruhda da davam edəcəyik.

- Demək olar ki, bu mövsüm qarşılaşdığınız ən zəif rəqib "Karvan-Yevlax" idi?

- İlk hissədə onlar bunu göstərmədilər. İkinci hissədə zonalar tapdıq və oyunu bitirə bildik.

- Komanda bir müddət əvvəl lider idi. Amma hazırda 5-ci pillədəsiniz. Səncə, nəyə görə belə oldu?

- Turnir cədvəlində yuxarı pillələrə yüksəlmək üçün zəif tərəflərimiz üzərində işləməyə davam etməliyik. "Karvan-Yevlax"a qarşı evdə qazanılan bu qələbə komandaya xal toplamaqda böyük ruh verir.

- İkinci turdan sonra isə "Sumqayıt" qalibiyyət əldə edə bilmirdi. Yalnız "İmişli"yə texniki qələbə ilə qalib gəlmişdiniz. Ola bilər ki, "Qarabağ" üzərindəki qələbə sizi eyforiyaya salmışdı?

- "Qarabağ"a qalib gəlmək vacib idi. Amma məncə, özümüzə daha çox diqqət yetirməli və hər matçda artırmalıyıq. Biz yalnız irəliyə baxırıq.

- Ümumiyyətlə, necə düşünürsən "Sumqayıt" avrokuboklara vəsiqə qazana biləcək? Komanda bu mövsüm daha da güclü görünür?

- Avrokuboklara getmək istəyirik və bunun üçün çox çalışırıq. Bunun asan olmayacağını bilirik. Amma mümkünsüz də deyil. Biz buna nail ola bilərik.

- Növbəti turda rəqibiniz "Zirə"dir. Bu matçda qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən? "Zirə" son turda "Sabah"a uduzdu...

- Bu matça ən yaxşı şəkildə hazırlaşırıq. Onların çətin rəqib olduğunu bilirik. Lakin rəqibə hücumda çox zərər verə bilərik.

- Artıq 2024-cü ildən "Sumqayıt"da oynayırsan. Maraqlıdır, Azərbaycanın fərqli klublarından təkliflər almısan heç, yoxsa gələcəyini "Sumqayıt"da düşünürsən?

- Bütün diqqətimi bu mövsümə yönəltmişəm. Hazırda "Sumqayıt"ın futbolçusuyam və komandanın daha yaxşı mövqeyə çıxması üçün əlimdən gələni edəcəyəm.

- Dominikan Respublikası millisinə dəvət edilirdi. Komanda öz qrupunda 3-cü pillədədir. Yəqin ki, siz də dünya çempionatına çıxmaq üçün oynayırdınız. Səncə, bunu reallaşdıra biləcəksən gələcəkdə? Dominikan Respublikası millisini Azərbaycan yığmasından güclü hesab edirsən?

- Dominikan Respublikası milli komandasının çox yaxşı oyunçuları var. Biz bir ailəyik, bu, hər şeyi asanlaşdırır. Biz futbolda yüksəlişdə olan ölkəyik və öz ölkəmi Azərbaycanda təmsil etməkdən çox qürur duyuram. Deməzdim ki, biz Azərbaycandan daha yaxşı və ya pisik, amma biz Avropanın mühüm liqalarında oyunçuları olan bir komandayıq. Ölkəmin millisində dünya çempionatına vəsiqə qazanmaq mənim üçün arzu olardı.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Oxşar xəbərlər