Səudiyyə Ərəbistan Liqasının 4-cü turunda "Əl-İttifaq" səfərində 30:0 hesablı qələbə qazanan "Əl-Nəsr"in portuqaliyalı ulduzu Kriştiano Ronaldo maraqlı göstərici ilə yadda qalıb.
İdman.biz xəbər verir ki, 39 yaşlı hücumçu 33-cü dəqiqədə penaltidən sonra hesabı açıb.
Bununla da Kriştiano "Əl-Nəsr"in heyətində yerinə yetirdiyi 16 penaltidən hər birində dəqiq olmağı bacarıb.
Ümumilikdə isə bu Ronaldonun karyerasında 195 penalti zərbəsi olub. O, bunların 165-ni qola çevirib.
Digər futbol ulduzu argentinalı Lionel Messi isə karyerası boyu 140 penaltidən 109-da dəqiq olub. Ronaldo 30, Lionel isə 31 dəfə 11 metrlik cərimə zərbəsində fərqlənə bilməyib.
İdman.biz