Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun 40 yaşlı hücumçusu Kriştiano Ronaldo bu il karyerasını bitirməyi planlaşdırmır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onun "Əl Nəsr"lə müqaviləsi mövsümün sonuna qədərdir, lakin o, 2026-cı il dünya çempionatına qədər oynamaq istəyir.
Ronaldo karyerasını harada davam etdirəcəyinə yaxın günlərdə qərar verəcək.
Bu mövsüm Ronaldo "Əl-Nəsr"ın heyətində 39 oyun keçirib, 33 qol vurub və 4 məhsuldar ötürmə edib.