Braziliya millisinin sabiq hücumçusu Ronaldo Brazliya Futbol Konfedrasiyasının prezidenti olmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında xəbər paylaşıb. Brazliyalı veteran onunla söhbətdə gələcəklə bağlı planlarından danışıb:
"İllər əvvəl demişdim ki, Braziliya Futbol Konfedrasiyasının prezidenti olmaq istəyirəm. Mən buna hazıram. Biz münasib vaxt gözləyirik. Braziliya futboluna böyük dəyişiklər lazımdı".
Qeyd edək ki, 48 yaşlı Ronaldo hazırda İspaniya təmsilçisi "Valyolid"in prezidentidi. O, 1997 və 2002-ci illərdə "Qızıl top"un sahibi olub.