top
Ronaldo - 910, Messi - 850, Oveçkin - 866: rekordlara doğru İdman.biz
18 noyabr 2024, 22:44
- ↺ +

Ronaldo - 910, Messi - 850, Oveçkin - 866: rekordlara doğru

Bir neçə gün əvvəl Kriştiano Ronaldonun 1000-ci qolunu vurmağı hədəflədiyini açıqlaması gündəm olmuşdu.

İdman.biz xəbər verir ki, karyerası ərzində 910 dəfə fərqlənən portuqaliyalı forvard bu gecə Xorvatiya ilə oyunda da rəqib qapısına yol tapmaqla qol hesabını artıra bilər.

Lionel Messi də, yəqin ki, "1000 qol" hədəfi barədə düşünür. Argentinalı indiyədək bütün yarışlarda 850 qol vurub.
Karyerasını davam etdirən digər futbolçulardan Robert Levandovski isə 1000-ə çatmaq üçün bundan sonra da 350 dəfə topu rəqib qapılarından keçirməlidir. Polşalı 36 yaşınadək bunu 650 dəfə bacarıb.

Digər idman növlərində də qol rekordları ilə bağlı qızğın yarış gedir. Məsələn, hokkeydə. Bu gün "Golden Knights" ilə oyunda (5:2) het-trik edən "Capitals"ın sol cinah hücumçusu Aleksandr Oveçkin NHL-də qollarının sayını 866-ya çatdırıb. Kriştiano Ronaldo kimi yaşı 39 olan rusiyalı hokkeyçi ondan fərqli, hələ ki, 1000 qol vurmağı hədəfləmir. Oveçkin NHL-də 894 dəfə fərqlənmiş Ueyn Qretskinin rekordunu yeniləməyin izindədir.

Tanınmış rusiyalı jurnalist İqor Rabiner də Oveçkinlə bağlı çox nikbindir: "Baxın, mən getdikcə daha çox inanmağa başlayıram ki, Qretskinin rekordu bu mövsüm yenilənə bilər. Tfu-tfu-tfu! Kaş səhhəti qaydasında olsun. Dahiyə çatmağa 28, şəxsi rekorda isə 29 qol qalıb".

Bu il müsahibələrinin birində Oveçkin belə deyib: "Lokaut və pandemiya yaşanmasa idi, fikrimcə, Qretskinin rekordu artıq qırılmış olardı. Amma təəssüf ki, həyatda belə məqamlar olur".

Vaşinqton klubunun kapitanı bildirir ki, Qretskinin özü çətin anlarda ona dəstək olur. "Oyunum alınmayanda Qretski bəzən mənə yazır: "Narahat olma, hər şey alınacaq". O mənim tərəfimdədir. Əgər Qretski kimi insan məni dəstəkləyirsə, bu, çox əladır. O, dünyanın ən yaxşı oyunçusu və gözəl insandır", - NHL saytı Oveçkindən belə sitat gətirir.

Futbolla başladığımız mövzunu futbolla da bitirək. Rusiyalı hokkeyçi "Messi, yoxsa Ronaldo?" sualına belə cavab verib: "Əlbəttə, Messi. Əvvəldən o, "Barselona"ya gələndə demişdim: "Bu ən bəyəndiyim oyunçudur". İdman nailiyyətlərinə görə. Onunla tanışam, amma necə bir insan olduğunu bilmirəm. Sadəcə Messinin topla etdiklərindən xoşum gəlir. Ronaldonun sürəti və zərbəsi var. Amma istənilən futbolçudan soruşun, məncə, çoxu "Messi" deyəcək".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Oxşar xəbərlər